Zaqatala rayonunun Muxax kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində ikisi qadın və biri kişi olmaqla 3 nəfər Təcili tibbi yardım briqadasının köməyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralılara ilkin tibbi yardım göstərilib. Onlardan birinin vəziyyəti qənaətbəxş olduğuna görə həkimlərin məsləhəti ilə ambulator müalicə üçün evə buraxılıb.
Araşdırma aparılır.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu