Kiberpolis xarici saytlara hücumlar təşkil edən şəxsləri saxladı -VİDEO

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat-texniki tədbirlər nəticəsində müxtəlif xarici ölkələrin informasiya sistemlərinə kiberhücumlar təşkil etməkdə şübhəli bilinən 23 yaşlı Ramil Feyziyev və 22 yaşlı Elçin Abdullazadə saxlanılıblar.

DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxslər xarici dövlətlərə məxsus çoxsaylı veb-saytların serverlərinə müdaxilələr edərək onların idarəetmə panellərinə icazəsiz giriş əldə ediblər.

Daha sonra məxfi məlumatları ələ keçirən bu şəxslər internet resurslarının əsas səhifələrində dəyişikliklər edib, özlərinə məxsus proqram təminatı yerləşdirərək nəzarətə götürüblər.

Bununla da onlar ələ keçirdikləri internet resurslarının idarəetmə panellərinin satışını təşkil ediblər.

Araşdırma zamanı müəyyən edilib ki, R.Feyziyev ümumilikdə 2300, E.Abdullazadə isə 179 xarici veb-sayta qanunsuz müdaxilə edərək həmin internet resurslarını ələ keçiriblər.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, kiberpolis tərəfindən müxtəlif ölkələrin hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

"Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, informasiya sistemlərinə qanunsuz müdaxilə etmək, onları ələ keçirmək və ya satışını həyata keçirmək cinayət əməlidir.
 

Bu kimi qanunsuz hərəkətlərə yol verən şəxslər həm yerli, həm də beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi məsuliyyət daşıyırlar. Rəqəmsal mühitdə anonim qalacaqlarını düşünən şəxslər müasir istintaq və kiberkriminalistik imkanlar sayəsində müəyyən edilərək qanun qarşısında cavab verməyə məcbur olurlar.


Unutmaq olmaz ki, yüksək texniki bilik və bacarıqlar yalnız qanuni məqsədlərə, cəmiyyətin, dövlətin və informasiya təhlükəsizliyinin qorunmasına xidmət etməlidir", DİN-dən bildirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uşağa qulluğa görə müavinət - Kimlərə nə qədər ödənilir?

Uşağa qulluğa görə müavinət - Kimlərə nə qədər ödənilir?

Sosial şəbəkədə nalayiq ifadələr işlədən QADIN SAXLANILDI

Sosial şəbəkədə nalayiq ifadələr işlədən QADIN SAXLANILDI

Bu dəfə təbiətə 83 min manatdan çox ziyan vuruldu

Bu dəfə təbiətə 83 min manatdan çox ziyan vuruldu

"Həyat yoldaşın istəmirsə, oxuma, nə məcburdur" – VİDEO

"Həyat yoldaşın istəmirsə, oxuma, nə məcburdur" – VİDEO

Azərbaycanda faydalı qazıntı yatağı hərraca ÇIXARILDI

Azərbaycanda faydalı qazıntı yatağı hərraca ÇIXARILDI

Ölkədə bu məhsulların satışı dayandırıldı – Xəbərdarlıq

Ölkədə bu məhsulların satışı dayandırıldı – Xəbərdarlıq

Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr verildi

Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr verildi

Kiberpolis xarici saytlara hücumlar təşkil edən şəxsləri saxladı -VİDEO

Kiberpolis xarici saytlara hücumlar təşkil edən şəxsləri saxladı -VİDEO

Prokurorluq Tovuzdakı qətllə bağlı MƏLUMAT YAYDI

Prokurorluq Tovuzdakı qətllə bağlı MƏLUMAT YAYDI

Naxçıvanda avtobuslarda nağdsız ödəniş sisteminə keçid edilir

Naxçıvanda avtobuslarda nağdsız ödəniş sisteminə keçid edilir

Göyçayda kənd sakinlərinin su PROBLEMİ: Rəngi və qoxusu kəskin dəyişib – FOTO

Göyçayda kənd sakinlərinin su PROBLEMİ: Rəngi və qoxusu kəskin dəyişib – FOTO

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 17% ARTIB

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 17% ARTIB

Konor Makqreqor oktaqona qayıdır

Konor Makqreqor oktaqona qayıdır

Bu universitet tələbələrə xüsusi təqaüd ayırdı – ayda 200 AZN

Bu universitet tələbələrə xüsusi təqaüd ayırdı – ayda 200 AZN

Dəniz sularında görünməyən təhlükə! Həkimlər XƏBƏRDARLIQ edir

Dəniz sularında görünməyən təhlükə! Həkimlər XƏBƏRDARLIQ edir

Kömək etmək adı ilə bankomatdan pul çıxarmaq istəyən təqaüdçüləri aldadırmış - FOTO

Kömək etmək adı ilə bankomatdan pul çıxarmaq istəyən təqaüdçüləri aldadırmış - FOTO

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi – VİDEO

Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi – VİDEO

Səfərbərlik Xidmətinin sabiq vəzifəli şəxslərinin məhkəməsi BAŞLAYIR

Səfərbərlik Xidmətinin sabiq vəzifəli şəxslərinin məhkəməsi BAŞLAYIR

Seymur Məmmədovun əməliyyat etdiyi daha bir qadın həyatını itirdi

Seymur Məmmədovun əməliyyat etdiyi daha bir qadın həyatını itirdi

Azərbaycanda ən çox çörək və ət yeyən bölgələr -SİYAHI

Azərbaycanda ən çox çörək və ət yeyən bölgələr -SİYAHI

Həftəsonu güclü külək əsəcək – XƏBƏRDARLIQ

Həftəsonu güclü külək əsəcək – XƏBƏRDARLIQ

Azərbaycan sülh və dialoq məkanı kimi mövqeyini gücləndirir: Bayramovun Ukrayna səfərinin mesajları

Azərbaycan sülh və dialoq məkanı kimi mövqeyini gücləndirir: Bayramovun Ukrayna səfərinin mesajları

Azərbaycanda vergi borcları 4 milyard manatı KEÇİB

Azərbaycanda vergi borcları 4 milyard manatı KEÇİB

End of content

No more pages to load

RADİO