Azərbaycan sülh və dialoq məkanı kimi mövqeyini gücləndirir: Bayramovun Ukrayna səfərinin mesajları

Xəbər verdiyimiz kimi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 6-da Ukraynaya rəsmi səfərə gəlib. Səfər çərçivəsində nazir Kiyevdə bir sıra yüksəksəviyyəli görüşlər keçirib. İlkin olaraq Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüş olub.

Dərinləşən əlaqələr, yaranan yeni imkanlar

Azərbaycanla Ukrayna arasında əlaqələrin zəngin və şərəfli tarixi keçmişi, ənənəsi var. İki ölkə hər zaman bir-birinin ərazi bütövlüyünə və suveren hüquqlarına hörmətlə yanaşıb. Həmçinin ölkələr arasında iqtisadi və humanitar sahədə geniş əlaqələr mövcud olub.  
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramovun Moskvadan sonra Kiyevə səfəri Azərbaycanın balanslaşdırılmış siyasətinin göstəricisidir - RƏY


2022-ci ilin fevral ayında Rusiya ilə başlayan müharibə iki ölkə arasında iqtisadi əlaqələrin tempini aşağı salsa da son illərdə enerji və digər sahələrdə fəal dialoq və praktik işlərin coğrafiyası genişlənib.

Təsadüfi deyil ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) uzun illərdir Ukrayna bazarında mövcuddur. Hazırda SOCAR Ukraynada fəaliyyətini aktiv şəkildə davam etdirir. Bu mənada Azərbaycanın dost Ukraynaya qaz tədarük etmə imkanları da yüksəkdir.

Humanitar sahədə əməkdaşlıq isə ən yüksək səviyyədədir. Son 4 ildə Azərbaycan davamlı olaraq Ukraynaya humanitar dəstək göstərib. Eləcə də müharibədən əziyyət çəkən uşaqların yenidən sağlam cəmiyyətə adaptasiyası üçün Azərbaycan höküməti Ukrayna höküməti ilə birgə layihələr icra edir.

Dost yardımı heç zaman unudulmur

Bu mənada dost yardımlarını Ukrayna Prezidenti Volodimir Zelenski hər zaman böyük minnətdarlıqla qeyd edib. Ukrayna Prezidentinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etməsi bunu əyani sübutudur.

Görüş zamanı Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, enerji, nəqliyyat, humanitar əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Azərbaycan ilə Ukrayna arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin inkişafının önəmi vurğulanıb. Gələn il diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağı, ötən dövr ərzində yüksəksəviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd edilib.

Prezident Zelenskinin cari ilin aprel ayında Azərbaycana həyata keçirdiyi səfərin və səfər çərçivəsində əldə olunmuş razılaşmaların ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi baxımından əhəmiyyət daşıdığı bildirilib.

Görüşdə regional təhlükəsizlik məsələləri, Ukraynada mövcud vəziyyət, habelə beynəlxalq gündəlikdə duran digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstək verdiyi bir daha diqqətə çatdırılıb. Prezident Zelenski Ukraynaya humanitar dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib.

Azərbaycan ilə Ukrayna arasında münasibətlərin bundan sonra da inkişaf etdirilməsi və müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə dair ortaq niyyət ifadə olunub.

Təbii ki, Azərbaycan XİN rəhbərinin Ukrayna səfəri iki ölkə arasında münasibətlərin dərinləşməsi və şaxələnməsi üçün yeni imkanlar vəd edir.

Səfərin əhəmiyyətini xeyli artıran məqam

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynadan əvvəl, iyulun 17-də Rusiya paytaxtına səfər etmişdi. Bu səfər çərçivəsində Azərbaycanın baş diplomatı Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla və digər rəsmi şəxslərlə görüşüb.
 

Bu mənada Ceyhun Bayramovun əvvəlcə Rusiyaya, ardınca isə Ukraynaya səfər etməsi Beynəlxalq təhlilçilər tərəfindən Cənubi Qafqazda və Avrasiya məkanında Bakının yürüdüyü çoxşaxəli xarici siyasətin növbəti təzahürü kimi qiymətləndirilir.


Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir dövrdə hər iki ölkə ilə dialoqun qorunması Azərbaycanın milli maraqlarına əsaslanan praqmatik diplomatik kursunun göstəricisidir.

Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə tarixi, iqtisadi və humanitar əlaqələrə malikdir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, regionun təhlükəsizlik arxitekturasında mühüm rol oynayır. Digər tərəfdən, Ukrayna ilə də siyasi və iqtisadi münasibətlər, eləcə də ərazi bütövlüyü prinsipinə əsaslanan qarşılıqlı dəstək uzun illərdir ikitərəfli əlaqələrin əsasını təşkil edir.

Məhz buna görə Ceyhun Bayramovun səfərlərinin ardıcıllığı hansısa tərəfə üstünlük verməkdən daha çox, Azərbaycanın bütün tərəfdaşlarla açıq dialoqa sadiqliyini nümayiş etdirir. Bakı bir daha göstərir ki, milli maraqlarını emosiyalarla deyil, strateji hesablamalarla müdafiə edir.

Bu səfərlər Azərbaycanın beynəlxalq nüfuzunun artdığını da nümayiş etdirir 

Son illərdə ölkəmiz COP29-a ev sahibliyi edib, Qoşulmama Hərəkatına uğurla sədrlik edib, Orta Dəhlizin əsas iştirakçılarından birinə çevrilib və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayıb. Belə bir şəraitdə Azərbaycanın həm Moskva, həm də Kiyevlə yüksək səviyyəli təmaslarını davam etdirməsi onun etibarlı tərəfdaş imicini gücləndirir.
 

Səfərlərin digər mühüm tərəfi regional nəqliyyat və iqtisadi əməkdaşlıq məsələləridir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçısı kimi müxtəlif geosiyasi mərkəzlərlə əməkdaşlığın davam etdirilməsində maraqlıdır. Bu isə bütün tərəflərlə işləməyi tələb edir.


Bir sözlə, Ceyhun Bayramovun əvvəl Rusiyaya, sonra isə Ukraynaya səfəri Azərbaycanın balanslaşdırılmış, müstəqil və praqmatik xarici siyasət kursunun növbəti təsdiqi kimi dəyərləndirilə bilər. Bu diplomatik fəallıq göstərir ki, Azərbaycan dəyişən beynəlxalq münasibətlər sistemində qarşıdurmaların deyil, dialoqun və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın tərəfdarı olaraq öz milli maraqlarını ardıcıl şəkildə müdafiə edir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi – VİDEO

Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi – VİDEO

Səfərbərlik Xidmətinin sabiq vəzifəli şəxslərinin məhkəməsi BAŞLAYIR

Səfərbərlik Xidmətinin sabiq vəzifəli şəxslərinin məhkəməsi BAŞLAYIR

Seymur Məmmədovun əməliyyat etdiyi daha bir qadın həyatını itirdi

Seymur Məmmədovun əməliyyat etdiyi daha bir qadın həyatını itirdi

Azərbaycanda ən çox çörək və ət yeyən bölgələr -SİYAHI

Azərbaycanda ən çox çörək və ət yeyən bölgələr -SİYAHI

Həftəsonu güclü külək əsəcək – XƏBƏRDARLIQ

Həftəsonu güclü külək əsəcək – XƏBƏRDARLIQ

Azərbaycan sülh və dialoq məkanı kimi mövqeyini gücləndirir: Bayramovun Ukrayna səfərinin mesajları

Azərbaycan sülh və dialoq məkanı kimi mövqeyini gücləndirir: Bayramovun Ukrayna səfərinin mesajları

Azərbaycanda vergi borcları 4 milyard manatı KEÇİB

Azərbaycanda vergi borcları 4 milyard manatı KEÇİB

Ukrayna dəniz dronları Yaltadakı limana hücum etdi – FOTO/VİDEO

Ukrayna dəniz dronları Yaltadakı limana hücum etdi – FOTO/VİDEO

Dilarə Kazımova özbək filmində

Dilarə Kazımova özbək filmində

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri AÇIQLANDI

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri AÇIQLANDI

10 min manat maaşı olan vakansiyalar məlum oldu

10 min manat maaşı olan vakansiyalar məlum oldu

"Azərlotereya"nın "Poz-Qazan" oyunları iyulda 15,7 milyon manatdan çox uduş qazandırıb

"Azərlotereya"nın "Poz-Qazan" oyunları iyulda 15,7 milyon manatdan çox uduş qazandırıb

Bu şəxslər ad və soyadını dəyişə bilməz- RƏSMİ

Bu şəxslər ad və soyadını dəyişə bilməz- RƏSMİ

Azərbaycan Kot-d'İvuarı təbrik etdi – FOTO

Azərbaycan Kot-d'İvuarı təbrik etdi – FOTO

Bu yollara asfalt əvəzinə süngər döşənir

Bu yollara asfalt əvəzinə süngər döşənir

Bakının mərkəzindəki yanğın SÖNDÜRÜLDÜ - 3 obyektə və evə keçibmiş

Bakının mərkəzindəki yanğın SÖNDÜRÜLDÜ - 3 obyektə və evə keçibmiş

I yarımildə işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib – RƏSMİ

I yarımildə işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib – RƏSMİ

Bakıdanın mərkəzindəki yanğında 6 nəfər tüstüdən ZƏHƏRLƏNİB

Bakıdanın mərkəzindəki yanğında 6 nəfər tüstüdən ZƏHƏRLƏNİB

Aytən Abdullayevaya yüksək vəzifə verildi

Aytən Abdullayevaya yüksək vəzifə verildi

Dayısının verdiyi bir arı ailəsi həyatını dəyişdi – Qubalı arıçıların uğur hekayəsi - VİDEO

Dayısının verdiyi bir arı ailəsi həyatını dəyişdi – Qubalı arıçıların uğur hekayəsi - VİDEO

Tovuzdakı qətlin TƏFƏRRÜATI: Bibisini odun parçası ilə öldürdü – FOTO

Tovuzdakı qətlin TƏFƏRRÜATI: Bibisini odun parçası ilə öldürdü – FOTO

Ərdoğan Səudiyyə Ərəbistanına getdi – VİDEO

Ərdoğan Səudiyyə Ərəbistanına getdi – VİDEO

Göyçayda sahibkar qadın kafedə sevgilisi tərəfindən BIÇAQLANDI

Göyçayda sahibkar qadın kafedə sevgilisi tərəfindən BIÇAQLANDI

Moskva məhkəməsi Fərid Yadullayevi azadlıqdan məhrum etdi – VİDEO

Moskva məhkəməsi Fərid Yadullayevi azadlıqdan məhrum etdi – VİDEO

End of content

No more pages to load

RADİO