Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif Gəncədə keçirilən karate yarışında iştirak edib və birinci yerə layiq görülüb.
Bizim.Media xəbər verir ki, bu barədə Yusif instaqram hesabında məlumat verib.
Qeyd edək ki, Rəşad Dağlı qəsdən adam öldürməkdə və soyuq silah saxlamaqda təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media