Göyçayda mağazadan oğurluq edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, obyektə daxil olan naməlum şəxs kassada olan pulu və tütün məmulatlarını talayıb.
Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Rahib Babayev müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun restorandan televizorlar, həmçinin bir fərdi yaşayış evindən müxtəlif məişət əşyaları oğurladığı da məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, R.Babayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bizim.Media