Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan deputat mandatlarını qəbul edən siyasi qüvvələri sərt tənqid edib.
Bizim.Media xəbər verir ki, o, sözügedən şəxslərin mandatdan "ədalətdən yayınmaq" üçün bir vasitə kimi istifadə etməyə çalışacaqlarını bildirib.
Rubinyan buna baxmayaraq, onların bu cəhdlərinin uğursuzluqla nəticələnəcəyini vurğulayıb:
"Onlar mandatlarından istifadə edərək ədalətdən yayınmağa çalışacaqlar. Lakin bu, işə yaramayacaq".
Bizim.Media