Hacı Surxaydan məsciddə çəkilmiş görüntülərlə bağlı– Açıqlama

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədlinin məsciddə Mütləq Döyüş Çempionatını (UFC) izləməsini əks etdirən görüntülər yayılıb. 

Bizim.Media xəbər verir ki, həmin video sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Görüntülərdən aydın olur ki, Hacı Surxay məsciddə gecənin əsas döyüşü olan Rafael Fiziyev - Manuel Torres qarşılaşmasını izləyib və Fiziyevin qələbəsinə sevinib.

Lakin bu, izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri ibadət ocağında belə izləmənin düzgün olmadığını qeyd edib. 

Məsələ ilə əlaqədar “qafqazinfo.az”a açıqlama verən Hacı Surxay bildirib ki, burada qeyri-etik və ya dinə zidd məqam yoxdur: 

“İslam dini sadəcə ibadət rituallarından ibarət deyil; o, həyatın özüdür, gözəl əxlaqdır və cəmiyyətlə bütövləşməkdir. Məscidlər isə təkcə namaz qılınan məkan deyil, həm də möminlərin bir araya gəldiyi, bir-birinin sevincini və kədərini paylaşdığı mənəvi evimizdir.

Mənim orada döyüşünü izlədiyim gənc sıradan bir idmançı deyil. O, bizim məscidə gələn, namaz qılan, əxlaqı ilə hər kəsə nümunə olan, qəlbi vətən sevgisi ilə döyünən bir mömin qardaşımızdır. O, beynəlxalq arenada Azərbaycanı təmsil edir, üçrəngli bayrağımızı ucaldır, dövlətimizin adını idman dünyasında tanıdır. Bir din xadimi, bir imam olaraq, öz gəncimizin vətənpərvərlik və idman uğuruna sevinmək, ona mənəvi dəstək olmaq mənim həm insani, həm də dini vəzifəmdir. 
 

Peyğəmbərimizin dövründə də məscidlərdə cəmiyyətin müxtəlif sosial məsələləri müzakirə olunar, gənclərin fiziki hazırlığına və güclü olmasına önəm verilərdi. Güclü və sağlam mömin zəif mömindən daha xeyirlidir. Biz gənclərimizin qələbə sevincini məsciddə paylaşmaqla onlara tək olmadıqlarını, dinimizin onların halal uğurlarını dəstəklədiyini göstəririk. Burada tənqid olunası heç bir qeyri-etik və ya dinə zidd məqam yoxdur. Əksinə, gəncliyə sahib çıxmaq var”.
 
Hacı Surxay əlavə edib ki, belə gənclərin arxasında olmalı, onlara dəstək verilməlidir: 
 
“Biz dövlətinə, bayrağına, xalqına xidmət edən hər bir gəncin arxasındayıq. Mətbuatdan və ictimaiyyətdən də xahiş edirəm ki, məsələlərə zahiri pərdə arxasından deyil, mahiyyəti ilə baxsınlar. Biz o döyüşü izləyərkən sadəcə bir idman yarışı görmürdük; biz orada Azərbaycan gəncinin əzmini, bayrağımızın dalğalanma ehtimalının həyəcanını yaşayırdıq.
 
Uca Allah gənclərimizi, idmançılarımızı və dövlətimizi qorusun. Biz bundan sonra da vətəninə xidmət edən hər bir övladımıza xeyir-dua verməyə və onların yanında olmağa davam edəcəyik”.
 
Qeyd edək ki, Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirinin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gəlib. Yüngül çəkidəki görüşdə R.Fiziyev rəqibinə qalib gəlib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Onlar əsla süni davrana bilmirlər: Hər şeyi birbaşa üzə deyən 4 BÜRC

Onlar əsla süni davrana bilmirlər: Hər şeyi birbaşa üzə deyən 4 BÜRC

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir

Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir

Payız axşamlarında izlənməli 5 film

Payız axşamlarında izlənməli 5 film

Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO

Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO

“Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

“Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

Bahalı saatı gündəm oldu - Foto

Bahalı saatı gündəm oldu - Foto

Süni intellektdən TARİXİ NAİLİYYƏT: Napoleonun 200 illik şifrəli məktubunu 6 saata ÇÖZDÜ

Süni intellektdən TARİXİ NAİLİYYƏT: Napoleonun 200 illik şifrəli məktubunu 6 saata ÇÖZDÜ

Dırnaqlarınızı bu rənglərə boyayın – Pul gətirəcək – FOTO

Dırnaqlarınızı bu rənglərə boyayın – Pul gətirəcək – FOTO

Bakıda bir neçə yolda sürət həddi ENDİRİLDİ

Bakıda bir neçə yolda sürət həddi ENDİRİLDİ

Azərbaycanın taleyində DÖNÜŞ NÖQTƏSİ - Dövlətçiliyimizin gələcəyini müəyyən edən tarixi seçim

Azərbaycanın taleyində DÖNÜŞ NÖQTƏSİ - Dövlətçiliyimizin gələcəyini müəyyən edən tarixi seçim

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Kaşpirovski vəfat etdi

Kaşpirovski vəfat etdi

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

End of content

No more pages to load

RADİO