Türkiyədə autizmli uşağın reabilitasiya mərkəzində zorakılığa məruz qalmasını əks etdirən görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, “Habertürk” tərəfindən yayılan videoda reabilitasiya mərkəzinin əməkdaşının autizmli uşağa fiziki şiddət göstərdiyi əks olunur.
Hadisə anbaan təhlükəsizlik kameralarına düşüb. Görüntülərin yayılmasından sonra cəmiyyətdə geniş rezonans yaranıb.
Sözügedən videonu təqdim edirik:
Xədicə Paşayeva, Bizim.Media