“Azərbaycan Silahlı Qüvvələri NATO standartları ilə yüksək uyğunluğa malikdir” – Kevin Hamilton - FOTO

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi tərəfindən NATO-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə bağlı rəsmi qəbul keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə nümayəndəliyin Mətbuat xidməti məlumat yayıb.

Qəbulda NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi və tərəfdaşlıqlar üzrə köməkçisinin müavini səfir Kevin Hamilton, müttəfiq və tərəfdaş dövlətlərin NATO yanında səfirləri, hərbi nümayəndələri, Alyansın Beynəlxalq Katibliyinin nümayəndələri, eləcə də digər yüksək səviyyəli qonaqlar iştirak edib.

Rəsmi qəbul zamanı çıxış edən Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə bu əlamətdar günün Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçuların fədakarlıqları və xidmətlərinə ehtiramın ifadə olunması, habelə müstəqillik, suverenlik və dövlətçilik dəyərlərinin əhəmiyyətinin bir daha vurğulanması baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.

O bildirib ki, Azərbaycanın müstəqilliyi böyük fədakarlıqlar hesabına əldə olunmuş nailiyyətdir və onun qorunub saxlanılması güclü dövlət institutları, milli birlik və peşəkar silahlı qüvvələrdən asılıdır.

Nümayəndəliyin başçısı müasir Azərbaycan Ordusunun formalaşmasında Ümummilli Lider Heydər Əliyevin rolunu xüsusi vurğulayıb, onun əsasını qoyduğu hərbi quruculuq siyasətinin Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini və bunun nəticəsində ölkənin suverenliyi və ərazi bütövlüyünün bərpa olunduğunu qeyd edib.
 

C.Hüseynzadə Azərbaycanın məqsədlərinin təkcə suverenliyin bərpası ilə məhdudlaşmadığını, Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsinə yönəldiyini qeyd edib və Vaşinqton Sammitində Azərbaycan–Ermənistan sülh prosesində əldə olunan irəliləyişi mühüm addım kimi qiymətləndirib.


Hüseynzadə Azərbaycanın NATO ilə tərəfdaşlığının 30 ildən artıq qarşılıqlı hörmət və ortaq maraqlar əsasında inkişaf etdiyini, ölkənin NATO-nun rəhbərlik etdiyi əməliyyatlarına, xüsusilə Kosovo və Əfqanıstandakı missiyalara mühüm töhfələr verdiyini vurğulayıb.

Nümayəndəliyin başçısı, həmçinin Azərbaycanın NATO müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə verdiyi töhfələri, eləcə də Avropa, Mərkəzi Asiya və digər regionlar arasında əlaqələri gücləndirən mühüm Avrasiya bağlantı mərkəzinə çevrildiyini qeyd edib.

Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında hərbi nümayəndəsi Ramil Həsənov öz çıxışında Silahlı Qüvvələrimizin yaranması və inkişaf yolu, eləcə də Azərbaycanın NATO ilə hərbi sahədə tərəfdaşlığı haqqında məlumat verib.

NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi və tərəfdaşlıqlar üzrə baş katib köməkçisinin müavini səfir Kevin Hamilton çıxışında Azərbaycanı NATO-nun etibarlı və dəyərli tərəfdaşı kimi qiymətləndirib.

O qeyd edib ki, Azərbaycan ilə NATO arasında uzunmüddətli tərəfdaşlıq Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlaşmasına və modernləşdirilməsinə mühüm töhfə verib və bu gün Azərbaycan Silahlı Qüvvələri NATO standartları ilə yüksək səviyyədə qarşılıqlı uyarlılığa sahibdir.

Səfir Kevin Hamilton Azərbaycanın NATO-nun rəhbərlik etdiyi əməliyyat və missiyalara verdiyi töhfələri, o cümlədən Əfqanıstandakı mühüm rolunu yüksək qiymətləndirib və müttəfiq qüvvələrin ölkədən təxliyyəsi zamanı göstərdiyi dəstəyə görə Azərbaycana xüsusi təşəkkürünü bildirib.
 

Bu xüsusda, o, Azərbaycanın Əfqanıstanı tərk edən son tərəfdaş ölkə olduğunu vurğulayıb. Səfir Hamilton, həmçinin Azərbaycanın NATO müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə verdiyi töhfələri yüksək qiymətləndirib.


Bununla yanaşı, o, Azərbaycan və Ermənistan arasında de-fakto sülhün bərqərar olması ilə əldə edilmiş tarixi irəliləyişi alqışlayaraq, bunu regional sabitlik və təhlükəsizlik baxımından mühüm nailiyyət kimi dəyərləndirib.

Rəsmi qəbul çərçivəsində Alyansla tərəfdaşlığımızı, Ulu Öndər Heydər Əliyevin NATO ilə tərəfdaşlığa mühüm töhfələrini, Prezident İlham Əliyevin NATO mənzil-qərargahına səfərini və Alyansın rəsmiləri ilə görüşlərini əks etdirən fotosərgi, eləcə də Azərbaycanın milli təamlarını əks etdirən ziyafət təşkil edilib.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO

Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO

Masazırda mənzildə yanğın oldu - VİDEO

Masazırda mənzildə yanğın oldu - VİDEO

Sumqayıtda peşə məktəbi sökülür? – RƏSMİ AÇIQLAMA

Sumqayıtda peşə məktəbi sökülür? – RƏSMİ AÇIQLAMA

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Kreml S-400 raket sistemlərinin Türkiyədən dost ölkəyə ötürülməsinə İCAZƏ VERDİ

Kreml S-400 raket sistemlərinin Türkiyədən dost ölkəyə ötürülməsinə İCAZƏ VERDİ

ADY dəmir yolunun təhlükəsizliyi sahəsində süni intellekt imkanlarını genişləndirir- FOTO

ADY dəmir yolunun təhlükəsizliyi sahəsində süni intellekt imkanlarını genişləndirir- FOTO

Goranboyda 17 yaşlı oğlanın meyiti tapıldı

Goranboyda 17 yaşlı oğlanın meyiti tapıldı

Sürüşmə baş verən Quba-Xınalıq yolunda son vəziyyət – VİDEO

Sürüşmə baş verən Quba-Xınalıq yolunda son vəziyyət – VİDEO

DTX-nin saxladığı Saleh Səmədova cəza istənildi

DTX-nin saxladığı Saleh Səmədova cəza istənildi

Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri qayıdır – FOTO

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri qayıdır – FOTO

Dilan Polat nəzarətə götürüldü

Dilan Polat nəzarətə götürüldü

Sabah 104 mindən çox uşaq üçün ilk dərs BAŞLAYIR

Sabah 104 mindən çox uşaq üçün ilk dərs BAŞLAYIR

Hasan Şaşın narkotik testi müsbət çıxdı

Hasan Şaşın narkotik testi müsbət çıxdı

Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir

Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Xocavənd şəhərində daha 55 nəfər doğma yurduna qovuşdu - VİDEO

Xocavənd şəhərində daha 55 nəfər doğma yurduna qovuşdu - VİDEO

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

End of content

No more pages to load

RADİO