Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ilhaq olunmuş Krım yarımadasındakı hərbi aerodromlara və Rusiyanın hava hücumundan müdafiə (HHM) sistemlərinə güclü zərbələr endirib. Bu barədə məlumat Ukrayna teleqram kanallarında və media resurslarında yayılıb.
Bizim.Media xəbər verir ki, hücum zamanı əsasən "Saki" və "Qvardeyskoe" hərbi aerodromları, eləcə də Kerç boğazı yaxınlığında yerləşən Rusiya HHM sistemləri hədəfə alınıb.
İlkin məlumatlara görə, uğurlu əməliyyat nəticəsində düşmənin aviasiya texnikasının yerləşdiyi 4 anqar, iki ədəd "S-400" zenit-raket qurğusu və iki ədəd "Pantsir-S1" raket-top kompleksi vurularaq sıradan çıxarılıb.
Bizim.Media