ABŞ Prezienti Donald Tramp ənənəvi salamlaşma forması ilə yenidən gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, ABŞ lideri G7 sammitindən əvvəl Fransanın birinci xanımı Bricit Makronun əlini sıxıb və onu özünə tərəf çəkib.
Trampın ənənəvi “əlsıxma ritual”ı təqribən 10 saniyə davam edib.
Qeyd edək ki, Tramp daha əvvəl digər ölkə başçıları ilə görüşlərində də oxşar metoddan istifadə edib.
Son olaraq Çin lideri Si Cinpinlə görüşdə isə Trampın həmkarını özünə tərəf çəkmək cəhdi uğursuzluğa düçar olmuşdu. Həmin vaxt liderlər uzun müddət biri-birilərinin əlini sıxmağa davam etmişdilər.
Bizim.Media