Təhsil mühitində VAHİD QAYDALAR - Məktəbin unudulan missiyası YENİDƏN GÜNDƏMDƏ

Məktəb tarixən təhsil və tərbiyə verən ünvan olub. Dədə-babalarımız bu ünvanın müqəddəsliyinə o qədər inanıb, güvəniblər ki, övladlarını məktəbə ilk dəfə gətirəndə müəllimlə razılaşmaları belə olub: “əti sənin, sümüyü mənim”.
 

Beləcə məktəb hər bir övladın, yeniyetmənin elm aləminə bələdçisi yox, həm də onu gələcək müstəqil həyata kamil insan kimi hazırlayan bir müəssisə olub. Təsadüfi deyil ki, bir zamanlar orta məktəbi bitirənlərə “kamil attestat” verirdilər. Yəni bir gənc məktəbi bitirirsə, deməli o, artıq müstəqil həyata hazır olan kamil bir insandır.


“Kamil attestat”da fənlərlə yanaşı davranışa görə də qiymət yazılırdı. Eyni zamanda vaxtilə məktəblər öz məzunları barədə xasiyyətnamə verirdi. Həmin xasiyyətnamə hər bir məzunun həm ali, həm də müstəqil həyatda üz tutduğu ünvanda əsas sənəd hesab edilirdi.

Beləcə məktəb bir təhsil müəssisəsi kimi yox, həm də tərbiyə müəssisəsi kimi böyük nüfuza sahib idi.

Məktəblərin unudulan tərbiyə missiyası

Lakin zamanla bu ənənələr unuduldu, yaddan çıxdı. Səbəbsə xarici ölkələrdən gələn təsirlər, trendlər oldu. Tədricən məktəbin tərbiyəçi rolu aradan qalxdı. Məktəb ancaq təhsil verən quruma çevrildi.
 

Bu cür yanaşma təbii ki, məktəbdaxili atmosferi də korladı. Bir çox şagirdlər məktəbə təhsil almaq üçün yox, özünüreklam üçün gəlməyə başladı. Bir çox hallarda ərköyün şagirdlər harada olduqlarını unudaraq, dərsdə müəllimə qulaq asmaq əvəzinə özlərinin aksesuarları ilə oynamağa başladı. Vəziyyət o həddə çatmışdı ki, geyimləri ilə bəzi şagirdlər modelləri xatırladırdı.


Lakin sonrakı illərdə məktəblərdə vahid geyim formasının tətbiqi bu problemi qismən həll etdi. İndi şagirdlər daha əvvəlki kimi geyim yarışına çıxmır. Amma bununla belə məktəb ənənəvi missiyasına qayıtmaqdan hələ uzaqdır. Buna nail olmaq üçünsə ilk növbədə ümumtəhsil müəssisələrində qüvvədə olan qaydalar dəyişməlidir.

Yeni qanunvericilik sosial sifarişdir.

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklikləri zəruri edən bir sıra səbəblər var. İlk növbədə məktəbdə etiket qaydaları ən sərt şəkildə tətbiq olunmalıdır. Hər bir şagird məktəbin kandarına ayaq basdığı andan hansı müqəddəs ünvana gəldiyini anlamalı və dərk etməlidir.

Bundan sonra hər bir məktəbli geyimindən tutmuş saç düzümünə və dırnaq boyasına qədər hər şeyə fikir verməlidir. Şagird ailədə yaşadığı mühiti məktəbə daşımalı deyil. Əksinə məktəbə gələrkən özünü yeni bir atmosferdə hiss etməlidir. O atmosfersə bütün ümumtəhsil müəssisələrində eyni olmalıdır.

Vahid məktəbli formasının sosial-mənəvi əhəmiyyəti

Ümumtəhsil müəssisələrində vahid geyim forması ilk növbədə sosial ədalətsizliyi aradan qaldırır. Heç bir şagird sosial durumuna görə məktəbdə seçilmir və özünü diskomfort hiss etmir. Onlar geyiminə görə qınaq obyektinə çevrilmir və sinif yoldaşları tərəfindən basqı görmür. Nəticədə, şagirdin məktəbə gələrkən fikri geyimində yox, müəllimdə olur.

Bütün valideynlər övadlarına eyni səviyyədə büdcə ayırır. Nəticədə imkansız ailələr yersiz basqılardan və əlavə xərclərdən azad olur.

Belə olan təqdirdə hər kəs məktəbdə geyiminə, aksesuarına görə yox, biliyinə və tərbiyəsinə görə seçilməyə çalışacaq. Bu da məktəbdə sağlam atmosfer və rəqabət mühiti yaradacaq.

Məktəb yalnız bilik yox, həm də şəxsiyyət formalaşdırır

Nəzərə alaq ki, məktəbin cəmiyyətə təsir imkanları olduqca böyükdür. Məktəblərdə sağlam tərbiyə mühitinin formalaşması sayəsində cəmiyyətə sağlam və vacib mesajlar ötürülə bilər. Axı, məktəb cəmiyyətin gələcəyini formalaşdıran ən mühüm sosial institutlardan biridir. Ona görə də məktəbin əsas missiyası yalnız şagirdlərə elm öyrətməkdən ibarət deyil.
 

Məktəb, eyni zamanda, insanın şəxsiyyət kimi formalaşdığı, mənəvi dəyərləri mənimsədiyi və vətəndaşlıq məsuliyyətini öyrəndiyi tərbiyə müəssisəsidir. Bu həqiqət reallıqda hər kəsə təlqin edilməli, çatdırılmalıdır.


Baxmayaraq ki, uşağın ilk tərbiyə aldığı yer ailədir. Lakin məktəb bu prosesi davam etdirən və daha geniş ictimai müstəviyə çıxaran mühüm bir məkandır. Burada şagirdlər yalnız riyaziyyat, tarix və ya ədəbiyyat öyrənmir, həm də kollektivdə davranış qaydalarını, qarşılıqlı hörməti, məsuliyyəti, vətənpərvərliyi və əməksevərliyi mənimsəyirlər. Məktəbin verdiyi tərbiyə gələcəkdə insanın cəmiyyətə münasibətini, həyat tərzini və davranış modelini müəyyənləşdirir.

Məktəb yalnız bilik yox, həm də şəxsiyyət formalaşdırır

Məktəb xoşagəlməz hadisələr məkanı olmaqdan çıxmalıdır. Son illərdə məktəblərdə baş verən bəzi xoşagəlməz hadisələr tərbiyə məsələsinin aktuallığını bir daha gündəmə gətirir.

Bu hallar göstərir ki, məktəb yalnız akademik nəticələrə deyil, şagirdlərin mənəvi inkişafına da ciddi diqqət yetirməlidir. Çünki yüksək bal toplayan, lakin etik davranış qaydalarına əməl etməyən bir gəncin cəmiyyət üçün faydası məhdud olacaq.

Ailə, məktəb və cəmiyyətin ortaq məsuliyyəti

Təbii ki, məktəbin tərbiyə funksiyasının uğurlu olması üçün ailə, məktəb və cəmiyyət arasında əməkdaşlıq vacibdir. Valideynlərin məktəblə sıx əlaqədə olması, müəllimlərin və ictimai qurumların birgə fəaliyyəti sağlam vətəndaş yetişdirilməsinin əsas şərtlərindəndir.
 

Bir sözlə, məktəb mühiti və onu tənzimləyən qanunvericilik bazası yenilənməlidir. Məktəb sadəcə dərs keçirilən bina olmaqdan çıxmalıdır, gələcəyin vətəndaşlarını yetişdirən, mənəvi dəyərləri qoruyan və cəmiyyətin inkişafına xidmət edən mühüm tərbiyə müəssisəsi olmalıdır.


Unutmayaq ki, sağlam cəmiyyət ilk növbədə güclü tərbiyə sistemi sayəsində qurulur. Bu sistemin mərkəzində isə məhz məktəb dayanır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

End of content

No more pages to load

RADİO