Yapon brendi Necoichi qeyri-adi bir delikates təqdim edib: şirin pambıq formasında daranmış pişik yumaqları satışa çıxarılıb. Delicious Cat Fur (ləzzətli pişik xəzi) adlanan delikates plastik qablarda təqdim olunur.
Bizim.Media xəbər verir ki, məhsulun istehsalçılarının sözlərinə görə, bu, onların ev heyvanlarına olan sonsuz sevgisini əks etdirir.
Hazır məhsul zəngin, şirin ətirli, şəkərli notlara malikdir və dildə qazlı bir partlayış kimi hiss olunur. Dadanlar "tüklü" teksturanı əyləncəli və qeyri-adi adlandırıblar.
Delicious Cat Fur yalnız brendin Yokohamanın Lalaport ticarət mərkəzində yerləşən flaqman mağazasında mövcuddur. Paketi bizim pulla təxminən 11 manatdır.
Bizim.Media