Rusiyada çalışan azərbaycanlı fəhlə bədbəxt hadisə nəticəsində həyatını itirib.
Bizim.Media xəbər verir ki, hadisə Ufa şəhərində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Kazımov Savad Eynulla oğlu işlədiyi tikinti obyektində hündürlükdən yıxılaraq ölüb. Məlumata görə, mərhum Biləsuvar rayonunun Xırmandalı kənd sakinidir.
Hadisənin başvermə səbəbləri araşdırılır.

Sabutay, Bizim.Media