Rusiyanın İrkutsk vilayətində "Tu-22M3" tipli strateji bombardmançı təyyarə qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər teleqram kanallarında yayılıb.
Hadisə Svirsk yaxınlığında baş verib. İlkin məlumatlara görə, heyət ekipajı katapult etməyi bacarıb.
Qəza ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Bizim.Media