Ukraynanın yerli istehsalı olan ilk KAB (idarəolunan aviasiya bombası – red.) təqdim edilib.
Bizim.Media Ukrayna KİV-ə istinadla xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixail Fedorov məlumat verib.
O, aviasiya bombasının artıq döyüş tətbiqinə hazır olduğunu bildirib.
Məlumata görə, bombanın döyüş başlığının çəkisi 250 kiloqram təşkil edir.
Qeyd edək ki, idarəolunan aviasiya bombaları hədəfə daha dəqiq yönləndirilir, GPS və ya lazer sistemi ilə idarə oluna bilir. Uzaq məsafədən buraxılan bu bombalar yüksək dağıdıcı gücə malik olur.
Bizim.Media