İƏT Ölkələri Gənc İş Adamlarının 12-ci Beynəlxalq Forumu keçirildi – FOTO

12-17 may 2026-cı il tarixlərində Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏGF Avrasiya Regional Mərkəzi), Tatarıstan Respublikası Gənclərlə İş Nazirliyi, Tatarıstan Respublikası "SELET" Gənclər Fondu və bu regionu təmsil edən Gənclərin Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənc İş Adamlarının ənənəvi 12-ci Beynəlxalq Forumu keçirilib.

Bizim.Media xəbər verir ki, 15 may tarixində baş tutan Forumun açılış mərasimində Tatarıstan Respublikası başçısının köməkçisi Timur Suleymanov, İƏGF Avrasiya Regional Mərkəzinin baş direktoru Rafiq İsmayılov, RF Gənclər üzrə Federal Agentliyinin rəhbərinin müavini Yeqor Litvinenko, Tatarıstan Respublikasının Gənclərlə İş naziri Azat Kadırov, “Selet” Gənclər Fondunun direktoru Aygül Qabdrrəhmanova və Tatarıstan Gənclərinin Diplomatiya Akademiyasının sədri Dilbər Sadıqova iştirakçıları salamlayaraq, onlara uğurlar arzu ediblər.
 

Çıxışlarda İƏT Gənc İş Adamları Forumunun davamlılığı, bu Forumun Rusiya və İslam dünyası gəncləri arasında əlaqələrin gücləndirilməsində oynadığı rol, eləcə də onun investisiya yönümlü olması xüsusi vurğulanıb.


İƏGF Avrasiya Regional Mərkəzinin baş direktoru Rafiq İsmayılov öz çıxışında təmsil etdiyi təşkilatın uzun illərdir Tatarıstan Respublikası hökuməti, respublikanın Gənclərlə İş Nazirliyi ilə əməkdaşlığı barədə məlumat verərək, Forumun regional əhəmiyyətindən bəhs edib, o cümlədən, gənc iş adamlarının müəllifi olduğu startap layihələrin davamlı olması baxımından Kazan Forumunun işinə yüksək dəyər verib.

Açılış mərasimindən sonra startap nümayəndələri arasında işçi sessiyalar keçirilib. Növbəti mərhələdə Rusiya, Misir, Azərbaycan, İndoneziya, Malayziya, Özbəkistan, Qazaxıstan, Qırğızıstanı təmsil edən nümayəndələr öz startaplarına dair ilkin təqdimatlarını ediblər.

Qeyd etmək lazımdır ki, Forum çərçivəsində biznes planın inkişafı, hədəf auditoriyasının müəyyən edilməsi, sahibkarlıq üzrə çağırışlar və imkanlar mövzuları üzrə işçi qruplar fikir mübadiləsi aparıblar.

Sonda Rafiq İsmayılov və Timur Suleymanov Forumun iştirakçılarına sertifikatlar təqdim ediblər.

Qeyd edək ki, Forum iştirakçıları mədəni proqramlara qatılmaqla yanaşı, Tatarıstan Respublikasının sahibkarlıq və startap subyektlərinə, o cümlədən görməli yerlərinə səfər ediblər.
 

Məlumat üçün bildirək ki, artıq 10 ildən çoxdur həyata keçirilən İƏT Gənc İş Adamları Beynəlxalq Forumunun əsas məqsədi İƏT məkanında yeni yaradılan startap layihələrinə dəstək vermək, eləcə də gənc iş adamlarının fəaliyyətlərini stimullaşdırmaq, qloballaşan dünyada yeni biznes ideyalarının yaranmasını təşviq etməkdən ibarətdir.


Hər il Forumun son günü ekspertlərdən ibarət beynəlxalq jüri müvafiq qiymətləndirmə meyarları əsasında qalib startap layihələrinin maliyyələşdirilməsi ilə bağlı qərarlar verir.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Turist öz çadırında yandı - FOTO

Turist öz çadırında yandı - FOTO

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Zeynəb Xanlarovanın yeni FOTOSU

Zeynəb Xanlarovanın yeni FOTOSU

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Sabah da YAĞIŞ YAĞACAQ

Sabah da YAĞIŞ YAĞACAQ

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

“Bezmişik, bu nə yoldur” – VİDEO

“Bezmişik, bu nə yoldur” – VİDEO

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

İrina Zaretska Avstriyada qızıl medal qazandı

İrina Zaretska Avstriyada qızıl medal qazandı

Avstriyanın yeni səfiri Prezidentlə görüşündə Azərbaycan dilində danışdı – VİDEO

Avstriyanın yeni səfiri Prezidentlə görüşündə Azərbaycan dilində danışdı – VİDEO

End of content

No more pages to load

RADİO