Türkiyənin Zonquldağ bölgəsində maraqlı hadisə yaşanıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, anası ilə yola çıxan 2 yaşlı uşaq ondan xəbərsiz göz qırpımında qapısı açıq avtobusa minib.
Avtobusda uşaq olduğunu sürücü yalnız ağlamaq səsini eşidəndən sonra bilib.
Ərazidən uzaqlaşmadan uşağı valideyninə qovuşdurub. Eynilə məşhur “Körpə gəzintidə” filmindəki kimi kadrlar güvənlik kamerasına düşüb.
Bizim.Media