Alban əsilli britaniyalı müğənni Dua Lipa, Samsung şirkətini məhkəməyə verib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkət ötən il ABŞ-da satılan çoxsaylı televizorların qablaşdırmasında sənətçinin şəklini əks etdirib.
Şəklini qablaşdırmalarda icazəsiz istifadə etdiyini önə sürən müğənni iddia edir ki, Samsunga istifadəni dayandırmaq üçün müraciət etsə də, tələbləri dəfələrlə rədd edilib.
Lipa ən azı 15 milyon dollar təzminat, cəza tədbirləri və istifadənin birdəfəlik dayandırılmasını tələb edir.
30 yaşlı Lipanın vəkilləri şəkli sahibinin xəbəri və razılığı olmadan kommersiya məqsədləri üçün istifadə edildiyini irəli sürüblər.

Bizim.Media