Rusiyanın Omsk vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, hadisə vilayətin Koşkaryovo kəndi yaxınlığında baş verib.
Məlumata görə, “Aeroprakt-22” tipli yüngül mühərrikli təyyarə meşə yanğınlarının monitorinqini həyata keçirərkən qəzaya uğrayıb.
İlkin məlumata əsasən, aviaqəza nəticəsində 2 nəfər həlak olub.
Təyyarənin Rusiyanın bir neçə regionunda aviasiya işləri və personal hazırlığı ilə məşğul olan “Aviabaza” şirkətinə məxsus olduğu bildirilir.
Hadisənin səbəbləri araşdırılır.
Bizim.Media