Bu gün ABŞ prezidenti Donald Tramp razılaşma məsələsi ilə bağlı İrana sərt xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, Tramp “Truth Social” platformasında paylaşım edərək bildirib ki, İran razılaşdırılmış şərtləri qəbul edərsə, “Epik Qəzəb” əməliyyatının sona çatacağını və ABŞ-ın tətbiq etdiyi “yüksək effektiv blokada”nın dayandırılacağını açıqlayıb.
O, bu halda Hörmüz boğazının İran da daxil olmaqla “hamı üçün açıq” olacağını vurğulayıb.
Ancaq Tramp əlavə edib ki, Tehran razılaşmanı qəbul etməzsə, bombardmanlar yenidən başlayacaq və əvvəlkindən daha yüksək səviyyədə, daha intensiv olacaq.

Bizim.Media