Biri keçmiş nazir, digəri mühəndis - İkisi də Azərbaycan çempionudur

“Sabah”ın futbol komandası kimi basketbol komandası da Azərbaycan çempionu oldu.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, onlar final seriyasında “Abşeron Lions”u hər 3 oyunda məğlub edərək birinci oldular.

Maraqlıdır ki, həm futbol, həm basketbol komandalarına qızıl medalları litvalı məşqçilər qazandırdılar. Futbol komandasında uğur qazanan Valdas Dambrauskas uzun illər liqada dominantlıq edən “Qarabağ”ı zirvədən salaraq bunu bacardı.

Basketbol komandasında onun həmyerlisi Rimas Kurtinanitis isə 3-cü dəfə ardıcıl qızıl medallara sahib çıxdı.

V.Dambrauskasla Kurtinaitis Litvadan tanış olsalar da, onları “Sabah” onları daha yaxından birləşdirib. Rimas isə Valdasla şəxsi münasibətləri olduğunu Azərbaycan mətbuatına müsahibəsində qeyd edib.
 

“Litvada cəmi 3 milyon əhali var. Lap bir-birini şəxsən tanımayan belə, KİV vasitəsilə məlumatlı olur. Valdasla isə şəxsi tanışlığımız var idi. Litvalıların Azərbaycana üz tutması başadüşüləndir. Ölkənizdə futbolu və basketbolu sevirlər, insanlar yaxşıdır, cinayətkarlıq aşağı səviyyədədir, qiymətlər münasibdir. Qızım da İspaniyadan Bakıya gəldikdən sonra buranı çox bəyənib.


Təhlükəsizlik çox yüksək səviyyədədir, lap gecə saat 3-də və ya səhər 5-də şəhərdə gəzə bilərsən, heç kim sənə ilişməyəcək. Qızım İspaniya və İtaliyada yaşayıb. Məsələn, Romada şəhərdə gəzmək təhlükəlidir, çünki çantanı əlindən alıb qaça bilərlər.

Ümumiyyətlə, Avropada belə problemlər mövcuddur. Çox ölkədə olmuşam və deyə bilərəm ki, Azərbaycan, bir də ola bilsin, Avstraliya ən sakit yerdir. Bakıda və ümumən Azərbaycanda təmizlik və təhlükəsizlik ən yüksək səviyyədədir. Hətta ikinci belə bir ölkə göstərməkdə çətinlik çəkirəm. Məsələn, ABŞ-də küçədə rahat gəzə bilmirsən”.

Sadəcə maraqlısı budur ki, Valdas Dambrauskas məşqçi kimi çalışana qədər mühəndis kimi işləyib. Bunu onun haqqında yazımızda qeyd etmişdik.

Həmyerlisi R.Kurtianitis isə basketbolun əfsanələrindən biri olub. Amma o, Azərbaycan basketboluna yad sima deyil. 2024-cü ildə “Sabah”a gələnə qədər də ölkəmizdə kifayət qədər nüfuza sahib idi.
 

Avropa basketbol tarixinin ən yaxşı “shooter”lərindən hesab olunan, “Jalgiris” (Litva), ÇSKA (Rusiya), “Real Madrid” (İspaniya) kimi klublarının şərəfini qoruyan Kurtinaitis məşqçilik karyerasına məhz ölkəmizdə start verib.


1997-2001-ci illərdə Litvanın idman naziri olan əfsanəvi basketbolçu 26 il öncə Bakıya gəlib və “Qala” klubunda baş məşqçi postunu tutub. Həmin vaxt Azərbaycanda basketbol yeni-yeni dirəçəlməyə başlayırdı və komandalarımız uğurlar qazanmağa çalışırdı.

Olimpiya çempionunun ölkəmizə gəlməsi də diqqət çəkmişdi. Onun zamanında “Qala” klubu ölkə basketbolunun liderlərindən idi və yaxşı oyun nümayiş etdirirdilər. Məhz bu klubda toplaşan Azərbaycan yığmasının üzvləri də milli komandanın uğur qazanmasında rol oynayırdılar.

Onun ikinci dəfə Azərbaycana qayıdışı 2024-cü ildə baş tutdu. R. Kurtinaitis həmin ili yanvarında “Sabah”ın baş məşqçisi təyin olundu. Elə gəldiyi ilk ildə Masazır təmsilçisini çempion etdi. Ondan sonra isə iki dəfə də Azərbaycan çempionatının qızıl medallarını qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO

Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO

ABŞ-də yaşayan Fərid illər sonra oxudu – VİDEO

ABŞ-də yaşayan Fərid illər sonra oxudu – VİDEO

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

ASELSAN Naxçıvanda zavod açacaq

ASELSAN Naxçıvanda zavod açacaq

Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edildi - FOTO

Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edildi - FOTO

İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək - FOTO

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək - FOTO

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

End of content

No more pages to load

RADİO