Masazır ərazisində fəaliyyət göstərən 569 nömrəli marşrut avtobusu ilə bağlı ciddi narazılıqlar var.
Bizim.Media xəbər verir ki, “Bakues.az”a müraciət edən sərnişinlər bildirirlər ki, avtobus bəzən qapısı açıq vəziyyətdə, sərnişinlər qapıda olduğu halda hərəkət edir və bu, insanların həyatını riskə atır.
Qeyd olunur ki, xətt üzrə işləyən avtobuslar kiçik, narahat və tez-tez nasaz olur, gün ərzində yolda qalma halları yaşanır.
Sərnişinlər həmçinin avtobusların qrafikə uyğun işləmədiyini, bəzən 20–25 dəqiqə gözləməli olduqlarını deyirlər. Bildirilir ki, məsələ ilə bağlı edilən müraciətlərə baxmayaraq, indiyədək real tədbir görülməyib.
Bizim.Media