Azərbaycanda gənc hərbi çağırış zamanı şok hadisə ilə üzləşdi - VİDEO

Hərbi çağırış zamanı psixiatrik müayinədən keçən vətəndaş illər sonra gözlənilməz problemlə üzləşib.

Onun iddiasına görə, heç vaxt stasionar müalicə almadığı halda, elektron sistemdə 34 gün Psixiatriya Xəstəxanasında yatdığı qeyd olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

"2024-cü ilin iyun ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə çağırıldım. Bədənimdəki döymələrə görə məni Maştağadakı Psixiatriya Xəstəxanasına göndərdilər.
 

Orada analiz verdim, komissiyanın toplanması üçün 34 gün sonraya vaxt təyin etdilər. Həmin tarixdə sağlam olduğum təsdiqləndi. Lakin indi işə düzəlmək üçün sağlamlıq arayışı alanda problem yaşayıram. Sistemdə 34 gün xəstəxanada yatdığım görünür, halbuki mən orada cəmi bir neçə saat olmuşam", - deyə şikayətçi bildirib.


Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən qeyd olunub ki, vətəndaş 2024-cü il iyunun 25-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin göndərişi ilə Respublika Psixiatriya Xəstəxanasının Gündüz stasionarı şöbəsinə qəbul edilib:

"Növbəlilik prinsipinə əsasən, o, 29 iyul 2024-cü il tarixində həkim-psixiatr komissiyasına dəvət olunub.

Komissiyanın rəyi belədir: "Hazırda psixi xəstəlik aşkar edilmir. Anamnezdə kəllə-beyin travması olduğu üçün nevroloji müayinə tövsiyə olunur. Psixiatrik cəhətdən heç bir xəstəlik aşkar edilmədiyi üçün vətəndaşın işlə təmin olunmasında və ya digər fəaliyyətində hər hansı maneə yoxdur".

Elektron səhiyyə sistemində "34 gün stasionar müalicə" kimi qeyd olunması məsələsinə gəldikdə isə vurğulayaq ki, vətəndaş Gündüz stasionarı şöbəsinə qəbul olunub.

Bu, vətəndaşların gündüz saatlarında müayinə və müşahidə olunduğu, gecələr isə evə qayıtdığı ambulator-stasionar hibrid formasıdır. Sistemdə bu tip qəbul bəzən "stasionar" kateqoriyası altında qeydə alınır, çünki qəbul şöbəsi "gündüz stasionarı" adlanır. Vətəndaşın yalnız ambulator müayinə keçdiyini bildirməsi ilə sistemdəki qeyd arasında ziddiyyət yoxdur. Sadəcə, terminlərin fərqli başa düşülməsidir".
 

Nazirliyin məlumatına görə, vətəndaş sistemdəki qeydin dəqiq formalaşdırılmasında düzəliş istəyirsə, şəxsən xəstəxanaya və ya elektron sistem üzrə müvafiq qaydada müraciət etməlidir.


Vətəndaşın müraciəti ilə bağlı xəstəxana rəhbərliyi tərəfindən artıq araşdırma aparılıb. O, istədiyi vaxt xəstəxanaya müraciət edərək arayış və ya izahat ala bilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıya güclü dolu yağmasının səbəbi açıqlandı – Daha nələr olacaq?

Bakıya güclü dolu yağmasının səbəbi açıqlandı – Daha nələr olacaq?

Qətər əmiri Trampa çağırış etdi

Qətər əmiri Trampa çağırış etdi

Cinsini dəyişənlər CƏRİMƏLƏNƏCƏK

Cinsini dəyişənlər CƏRİMƏLƏNƏCƏK

100 manatların yenilənmənin əsas səbəblərindən biri budur — Ekspert

100 manatların yenilənmənin əsas səbəblərindən biri budur — Ekspert

Ermənilərin Quba sakinlərinə işgəncə verdiyi GÜNBƏZLİ HAMAM - VİDEO

Ermənilərin Quba sakinlərinə işgəncə verdiyi GÜNBƏZLİ HAMAM - VİDEO

Təşkilat sədrinin bığı ajiotaj yaratdı

Təşkilat sədrinin bığı ajiotaj yaratdı

Pentaqon gizli əməliyyat hazırlıqlarına başlayıb - Hədəf İRAN DEYİL

Pentaqon gizli əməliyyat hazırlıqlarına başlayıb - Hədəf İRAN DEYİL

Ağ Ev: “İrana bunu təklif etməmişik”

Ağ Ev: “İrana bunu təklif etməmişik”

Lənkəranda eyni ərazidə İKİ QƏZA: 1 nəfər dünyasını dəyişib - FOTO

Lənkəranda eyni ərazidə İKİ QƏZA: 1 nəfər dünyasını dəyişib - FOTO

Niderland və Norveç Ukrayna ordusu üçün MİLYONLAR AYIRIR

Niderland və Norveç Ukrayna ordusu üçün MİLYONLAR AYIRIR

Şəhriyarın səsindən istifadə edən Rəqsanə TƏNQİD OLUNDU: “Qoyun, o kişi yerində rahat yatsın” - VİDEO

Şəhriyarın səsindən istifadə edən Rəqsanə TƏNQİD OLUNDU: “Qoyun, o kişi yerində rahat yatsın” - VİDEO

II Yelizaveta ömrünün sonuna yaxın ağır xəstə olub - İDDİA

II Yelizaveta ömrünün sonuna yaxın ağır xəstə olub - İDDİA

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq - EKOLOQ

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq - EKOLOQ

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Bu seriallar yayımdan qaldırıldı

Bu seriallar yayımdan qaldırıldı

"Məhkəməyə verib 50 min təzminat tələb edəcəyəm"

"Məhkəməyə verib 50 min təzminat tələb edəcəyəm"

Savalan yaşayış massivində binada su problemi ilə bağlı AÇIQLAMA - VİDEO

Savalan yaşayış massivində binada su problemi ilə bağlı AÇIQLAMA - VİDEO

Maraşdakı Ayla müəllim şagirdlərinə sipər olaraq canını fəda edib

Maraşdakı Ayla müəllim şagirdlərinə sipər olaraq canını fəda edib

Birinci Liqa: MOİK “Zaqatala”nı məğlub etdi

Birinci Liqa: MOİK “Zaqatala”nı məğlub etdi

Əraqçi onlarla görüşdü - VİDEO

Əraqçi onlarla görüşdü - VİDEO

Məktəbə hücum edən 8-ci sinif şagirdinin GÖRÜNTÜLƏRİ yayıldı - VİDEO

Məktəbə hücum edən 8-ci sinif şagirdinin GÖRÜNTÜLƏRİ yayıldı - VİDEO

Məsud Pezeşkian: "Əsl terrorçular onlardır..." - VİDEO

Məsud Pezeşkian: "Əsl terrorçular onlardır..." - VİDEO

“Qarabağ” “Sabah”ın legionerini transfer etmək istəyir

“Qarabağ” “Sabah”ın legionerini transfer etmək istəyir

Futbol matçı zamanı hakim güllələndi

Futbol matçı zamanı hakim güllələndi

End of content

No more pages to load

RADİO