"Məhkəməyə verib 50 min təzminat tələb edəcəyəm"

"Başa düşürəm ki, insanlar bunu sevdiklərindən edirlər. Lakin belə olanda mahnı dəyişilə bilər. Mahnının notu dəyişilməməlidir. Hətta tamaşalarda belə bunu edirlər. Belə olmaz, qadağandır. Süni intellektə əmr verəndə desinlər ki, notu dəyişmə".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib.

O, süni intellektlə mahnılarını dəyişənləri gələcəkdə məhkəməyə verəcəyini və onlardan 50 min manat təzminat tələb edəcəyini bildirib:
 

"Mənə dedilər ki, müəllif hüququ üçün məhkəməyə müraciət edin. Mən razılaşmadım. Xahiş edirəm, diqqətli olun. Özünüzə nə istəyirsiniz, süni intellektlə yazın, amma mahnılarımızı dəyişdirməyin. Bu mənim bəyənməyimlə bağlı deyil, qanundur. Bəstəkar notu yazıb. Hüquqlar pozulur, olmaz, qadağandır. Kim edəcəksə, başı ağrıyacaq, məhkəmədə cavab verəcək, ən azı 50 min manat təzminat ödəməli olacaq. Özləri bilərlər. Nəinki mənim, bütün bəstəkarların mahnılarını süni intellektlə dəyişməyin. Özünüz üçün nəsə etmək istəyirsinizsə, edin.


Hər yerdə belə mahnılardan istifadə edirlər, sonra da özlərini "bəstəkar" adlandırırlar. Ona görə indiki ailələr də sünidir, evlənirlər, boşanırlar. O qədər bəstəkarlarımızın əsərləri var ki, bundan sonra belə mahnılar yazılmasa belə ehtiyac yoxdur. Yazırsansa, yaxşı yaz. Yaza bilmirsənsə, get hansısa bəstəkarın mahnısını götür, aranjiman et, oxu. Gündə, ayda bir mahnı çıxarmaqla nə demək istəyirsiniz? Qorxularından hər ay yeni mahnı çıxarırlar. Bəstəkarlarımız unudulub gedir". (axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu qəsəbədə saxta alkoqollu içkilər istehsal edilirmiş – FOTO

Bu qəsəbədə saxta alkoqollu içkilər istehsal edilirmiş – FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hərbçilərin maaşı ARTIRILIR

Hərbçilərin maaşı ARTIRILIR

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Yasamalda mənzil axtaranların diqqətinə: hazır və tikintidə olan evlər, yeni kredit şərtləri ilə satışda

Yasamalda mənzil axtaranların diqqətinə: hazır və tikintidə olan evlər, yeni kredit şərtləri ilə satışda

Saxta bank çeki ilə fırıldaqçılıq – VİDEO

Saxta bank çeki ilə fırıldaqçılıq – VİDEO

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Elektron qəlyana görə bir-birinin qanını tökdülər - HÖKM OXUNDU

Elektron qəlyana görə bir-birinin qanını tökdülər - HÖKM OXUNDU

End of content

No more pages to load

RADİO