Pentaqon Kubada mümkün hərbi əməliyyata gizlicə hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə “USA Today” məlumatlı mənbələrə istinadən məlumat yayıb.
“Pentaqon ABŞ prezidenti Donald Trampın müdaxilə əmri verəcəyi təqdirdə Kubada əməliyyat üçün gizlicə hərbi planlamanı gücləndirir", - nəşr bildirib.
Qeyd edək ki, 13 apreldə Ağ Ev rəhbəri brifinq zamanı “İran ətrafındakı vəziyyət həll edildikdən sonra ABŞ "Kubaya baxa bilər" açıqlamasını verib.
Bizim.Media