Türkiyənin Kahramanmaraş bölgəsində orta məktəbdə baş verən silahlı hücumda həyatını itirən riyaziyyat müəllimi Ayla Qaranın ölümü ilə bağlı bəzi faktlar məlum olub.
Bizim.Media “milli.az”a istinadla xəbər verir ki, hadisə şahidlərinin və ilkin araşdırmaların nəticələrinə görə, hücumçu sinif otağına daxil olub atəş açmağa başlayanda, Ayla müəllim bir an belə tərəddüd etməyib.
MÖVZU İLƏ BAĞLI:
Hücumu 8-ci sinif şagirdi törədib… - Türkiyədə məktəbə hücumun TƏFƏRRÜATI – VİDEO
O, şagirdlərini qorumaq üçün öz bədənini onlara sipər edib və açılan atəş nəticəsində qəhrəmancasına həyatını itirib.
Xatırladaq ki, 8-ci sinif şagirdi tərəfindən törədilən bu hücumda 9 nəfər (1 müəllim və 8 şagird) həyatını itirib. Yaralıların müalicəsi isə xəstəxanalarda davam edir.
Bizim.Media