Qubada su borusunun partlaması yolda hərəkəti çətinləşdirib.
Bizim.Media xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Hadisə Qubanın Küsnətqazma kəndində baş verib.
Görüntü ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ötən gün baş verib.
"Ərazidən keçən yük maşını su xəttini dağıdıb. Əraziyə dərhal idarənin işçiləri cəlb olunub və qəza aradan qaldırılıb",- deyə məlumatda bildirilir.
Bizim.Media