ABŞ-ın Florida ştatında yüngül mühərrikli təyyarə yolda hərəkət edən avtomobilin üzərinə düşüb.
Bizim.Media xəbər veri ki, bu haqda məlumatı NBC telekanalı yayıb.
Hadisə Pembrok Pines şəhərindəki evlərdən birində yerləşən video müşahidə kamerası tərəfindən qeydə alınıb.
Hadisə göyərtədəki iki nəfərin ölümünə səbəb olub. Bundan əlavə, avtomobildə olan iki nəfər - bir qadın və bir uşaq yaralanıb.
Bizim.Media