Dünyanın ən bahalı meyvəsinin qiyməti açıqlanıb.
Bizim.Media xəbər verir ki, Yaponiyada yetişdirilən “Yubari King” yemişi (və ya qovunu) dünyanın ən bahalı meyvələrindən biri hesab olunur.
Məlumata görə, bu meyvə xüsusi şəraitdə yetişdirilir. Onun istehsalı məhdud sayda olduğu üçün qiyməti olduqca yüksəkdir.
Hərraclarda bir ədədinin on minlərlə dollara satıldığı bildirilir. Bu qovun əsasən prestijli hədiyyə kimi istifadə olunur. Yaponiyada onun təqdimatı xüsusi mərasimlərlə həyata keçirilir.
Ekspertlər bu meyvənin qiymətinin keyfiyyət və nadirliklə əlaqəli olduğunu qeyd edir.

Bizim.Media