Oğlunu 16 yaşlı qızla evləndirən ata həbs olundu

Hacıqabulda 23 yaşlı oğlu ilə 16 yaşlı qızı evləndirən ataya hökm oxunub.

Bizim.Media xəbər verir ki, hadisə Meyniman kəndində qeydə alınıb.

İttiham aktına görə, 49 yaşlı Elsevər Həmidov (ad və soyad şərtidir) 23 yaşlı oğlu ilə 16 yaşlı qız üçün evlərinin həyətində toy məclisi qurub.
 

Lakin daxil olan məlumat əsasında polis əməkdaşları müdaxilə edərək, toy məclisini dayandırıblar. Elsevər Həmidov ifadə vermək üçün polis şöbəsinə aparılıb və barəsində Cinayət Məcəlləsinin 176-2-ci (On altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkili) maddəsi ilə cinayət işi açılıb.


Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, 23 yaşlı oğlu üçün qız axtarıblar və Sabirabadda Günay (şərti adla) adlı qızın çox tərbiyəli olduğunu ona deyiblər. Nəticədə Elsevər ailəsi ilə iki dəfə qızın evinə elçiliyə gedib.

Lakin qızın 16 yaşı olduğunu sonradan, onlara molla kəbini hazırlamaq üçün şəxsiyyət vəsiqəsi istəyəndə biliblər. Əvvəlcə yaş məsələsinə görə ailələr arasında narazılıq yaransa da, Elsevər sonradan toy etmək fikrinə düşüb.

Buna səbəb isə onun digər oğlunun xəstə olması və qardaşının toyunu görmək istəməsi olub. Elsevər bildirib ki, toy zamanı gəlin iştirak etməyib. Niyyətləri, sadəcə, toy məclisi keçirmək, gəlini isə 18 yaşı tamam olandan sonra gətirmək olub. Onların bu fikirləri ilə qız evi də razılaşıb.

Zərərçəkən Günay ifadəsində orta məktəbin 5-ci sinfinə qədər təhsil aldığını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını deyib.

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyərək, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə Elsevər Həmidov 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona, həmçinin elektron qolbaq taxmaq, bir il ərzində Hacıqabulu tərk etməmək və gecə saat 11-dən səhər saat 7-dək evdən çıxmamaq tapşırılıb. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xəyanətə uğrayan əqrəbdən qorxun! - Bürclər aldadılsa nə edər?

Xəyanətə uğrayan əqrəbdən qorxun! - Bürclər aldadılsa nə edər?

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Şəhid xanımına leytenant rütbəsi verildi - Fotolar

Şəhid xanımına leytenant rütbəsi verildi - Fotolar

Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 103-ci ildönümünə həsr olunmuş tədbir – FOTO

Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 103-ci ildönümünə həsr olunmuş tədbir – FOTO

Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşdi - 14 ilədək HƏBS

Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşdi - 14 ilədək HƏBS

Trampın mətbuat katibi ikinci dəfə ana oldu – FOTO

Trampın mətbuat katibi ikinci dəfə ana oldu – FOTO

Baş məşqçsi ilə bağlı yayılan xəbərlərə “İmişli”dən REAKSİYA

Baş məşqçsi ilə bağlı yayılan xəbərlərə “İmişli”dən REAKSİYA

SON DƏQİQƏ! İran yenidən BƏƏ-yə raket zərbələri endirdi

SON DƏQİQƏ! İran yenidən BƏƏ-yə raket zərbələri endirdi

Buraxılış imtahanında maksimum bal toplayan şagirdlərin ADLARI

Buraxılış imtahanında maksimum bal toplayan şagirdlərin ADLARI

SON DƏQİQƏ! Aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri AÇIQLANDI

SON DƏQİQƏ! Aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri AÇIQLANDI

Bakıda 89 yaşlı qadının meyiti hamamda tapıldı

Bakıda 89 yaşlı qadının meyiti hamamda tapıldı

Azərbaycanda ali təhsillilər üçün əsgərlik müddəti AZALDILIR?

Azərbaycanda ali təhsillilər üçün əsgərlik müddəti AZALDILIR?

Oğlunu 16 yaşlı qızla evləndirən ata həbs olundu

Oğlunu 16 yaşlı qızla evləndirən ata həbs olundu

Sinan Akçıl aktrisa ilə yayılan iddialara cavab verdi – VİDEO

Sinan Akçıl aktrisa ilə yayılan iddialara cavab verdi – VİDEO

“İctimai TV”yə baş direktor namizədlərinin sənəd qəbulu bu gün BAŞA ÇATIR

“İctimai TV”yə baş direktor namizədlərinin sənəd qəbulu bu gün BAŞA ÇATIR

Dünyanın ən bahalı meyvəsi – FOTO

Dünyanın ən bahalı meyvəsi – FOTO

Xınalığa qar yağır – VİDEO

Xınalığa qar yağır – VİDEO

Məşhur türkiyəli bloger hantavirusa görə KARANTİNDƏDİR - FOTO

Məşhur türkiyəli bloger hantavirusa görə KARANTİNDƏDİR - FOTO

Estetik əməliyyatdan razı qalmayanlar – Pulunuzu geri tələb edə BİLƏRSİNİZ

Estetik əməliyyatdan razı qalmayanlar – Pulunuzu geri tələb edə BİLƏRSİNİZ

Monika Belluççi ev axtarır - FOTO

Monika Belluççi ev axtarır - FOTO

Xəstə həkiminə böyrəyini VERDİ – VİDEO

Xəstə həkiminə böyrəyini VERDİ – VİDEO

İran neft tankerini belə ələ keçirdi – VİDEO

İran neft tankerini belə ələ keçirdi – VİDEO

Almaniyada banka silahlı HÜCUM – Əməkdaşlar girov götürüldü – FOTO

Almaniyada banka silahlı HÜCUM – Əməkdaşlar girov götürüldü – FOTO

Mikkelsdən sonra növbə Noqeyradadır

Mikkelsdən sonra növbə Noqeyradadır

End of content

No more pages to load

RADİO