Azərbaycanda ali təhsillilər üçün əsgərlik müddəti AZALDILIR?

Ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələr son dövrlərdə yenidən aktuallaşıb və bu məsələ cəmiyyətdə geniş maraq doğurur. Qloballaşan dünyada insan kapitalının dəyərinin artması, gənclərin əmək bazarına daha tez inteqrasiyası və peşəkar kadr potensialının qorunması kimi amillər bu təşəbbüsü gündəmə gətirən əsas səbəblər kimi göstərilir. Eyni zamanda, bir sıra ölkələrdə artıq tətbiq olunan diferensial hərbi xidmət modelləri bu istiqamətdə alternativ yanaşmaların mümkünlüyünü göstərir.

Ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin azaldılması müdafiə qabiliyyətinə, əmək bazarına və sosial ədalət prinsipinə necə təsir göstərə bilər? Bu dəyişiklik uzunmüddətli perspektivdə hansı nəticələrə yol aça bilər?

Bizim.Media xəbər verir ki, deputat Aydın Mirzəzadə Sfera.az-a açıqlamasında bildirib ki, indiki dövrdə hərbi xidmət müddəti optimaldır:

"Ali təhsillilər 1 il, orta təhsillilər 1 il yarım hərbi xidmətdən keçirlər. Bu normaldır. Bununla da hər bir kəsin vətən qarşısındakı borcu ödənilir. Eyni zamanda hər bir kəs gələcək üçün ehtiyatlı olan hərbi kadrlardır. Fikrimcə bu ən optimal variantdır".

Hərbi ekspert Anar Şuşalı isə bildirib ki, Azərbaycanda ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin azaldılması ilə bağlı məsələ cəmiyyətdə müxtəlif suallar doğurur:

"Hazırda qüvvədə olan qaydalara əsasən, ümumi hərbi xidmət müddəti 18 ay, ali təhsilli şəxslər üçün isə 12 aydır. Yəni təhsil səviyyəsinə görə fərqləndirmə prinsipi artıq tətbiq olunur. Müzakirə edilən yeni model isə bu fərqi daha da artıraraq, ali təhsillilər üçün xidmət müddətinin daha da qısaldılmasını nəzərdə tutur. 
 

Bu modelin tətbiqi müəyyən mənada real görünür. Çünki son illərdə hərbi sistemdə optimallaşdırma və modernləşmə istiqamətində addımlar atılır, eyni zamanda peşəkar ordu modelinə keçid meyilləri güclənir. Bu baxımdan, daha qısa müddətli, lakin daha ixtisaslaşmış xidmət modeli strateji baxımdan uyğun hesab oluna bilər".


Ekspert qeyd edib ki, bu dəyişiklik bir sıra müsbət nəticələr vəd edə bilər:

"İlk növbədə, ali təhsilli şəxslərin əmək bazarına daha tez qayıtması iqtisadi baxımdan faydalı ola bilər. Digər tərəfdən, bu kateqoriyadan olan şəxslərin texniki və ixtisaslaşmış sahələrdə daha effektiv istifadəsi ordunun keyfiyyət göstəricilərini artıra bilər. Lakin məsələnin riskli tərəfləri də var. Xidmət müddətində fərqlərin artırılması cəmiyyətdə sosial bərabərliklə bağlı narazılıqlar yarada bilər. Bundan əlavə, çox qısa müddətli xidmət hərbi hazırlığın keyfiyyətinə mənfi təsir göstərə bilər. 

Həmçinin, bəzi hallarda yalnız xidmət müddətini azaltmaq məqsədilə formal ali təhsilə yönəlmə riski də mövcuddur. Ümumilikdə, bu təşəbbüsün tam və kəskin formada tətbiqindən daha çox, mərhələli və balanslaşdırılmış şəkildə həyata keçirilməsi daha real görünür. Əsas məqsəd isə təhlükəsizlik ehtiyacları ilə sosial ədalət və iqtisadi səmərəlilik arasında optimal tarazlığın qorunmasıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ÖDƏNİLDİ

İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ÖDƏNİLDİ

DİQQƏT! Bakının bəzi ərazilərində işıq olmayacaq

DİQQƏT! Bakının bəzi ərazilərində işıq olmayacaq

161 nömrəli məktəbin üçüncü mərtəbəsi niyə başqa quruma VERİLİB? – RƏSMİ AÇIQLAMA

161 nömrəli məktəbin üçüncü mərtəbəsi niyə başqa quruma VERİLİB? – RƏSMİ AÇIQLAMA

Xəyanətə uğrayan əqrəbdən qorxun! - Bürclər aldadılsa nə edər?

Xəyanətə uğrayan əqrəbdən qorxun! - Bürclər aldadılsa nə edər?

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Şəhid xanımına leytenant rütbəsi verildi - Fotolar

Şəhid xanımına leytenant rütbəsi verildi - Fotolar

Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 103-ci ildönümünə həsr olunmuş tədbir – FOTO

Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 103-ci ildönümünə həsr olunmuş tədbir – FOTO

Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşdi - 14 ilədək HƏBS

Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşdi - 14 ilədək HƏBS

Trampın mətbuat katibi ikinci dəfə ana oldu – FOTO

Trampın mətbuat katibi ikinci dəfə ana oldu – FOTO

Baş məşqçsi ilə bağlı yayılan xəbərlərə “İmişli”dən REAKSİYA

Baş məşqçsi ilə bağlı yayılan xəbərlərə “İmişli”dən REAKSİYA

SON DƏQİQƏ! İran yenidən BƏƏ-yə raket zərbələri endirdi

SON DƏQİQƏ! İran yenidən BƏƏ-yə raket zərbələri endirdi

Buraxılış imtahanında maksimum bal toplayan şagirdlərin ADLARI

Buraxılış imtahanında maksimum bal toplayan şagirdlərin ADLARI

SON DƏQİQƏ! Aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri AÇIQLANDI

SON DƏQİQƏ! Aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri AÇIQLANDI

Bakıda 89 yaşlı qadının meyiti hamamda tapıldı

Bakıda 89 yaşlı qadının meyiti hamamda tapıldı

Azərbaycanda ali təhsillilər üçün əsgərlik müddəti AZALDILIR?

Azərbaycanda ali təhsillilər üçün əsgərlik müddəti AZALDILIR?

Oğlunu 16 yaşlı qızla evləndirən ata həbs olundu

Oğlunu 16 yaşlı qızla evləndirən ata həbs olundu

Sinan Akçıl aktrisa ilə yayılan iddialara cavab verdi – VİDEO

Sinan Akçıl aktrisa ilə yayılan iddialara cavab verdi – VİDEO

“İctimai TV”yə baş direktor namizədlərinin sənəd qəbulu bu gün BAŞA ÇATIR

“İctimai TV”yə baş direktor namizədlərinin sənəd qəbulu bu gün BAŞA ÇATIR

Dünyanın ən bahalı meyvəsi – FOTO

Dünyanın ən bahalı meyvəsi – FOTO

Xınalığa qar yağır – VİDEO

Xınalığa qar yağır – VİDEO

Məşhur türkiyəli bloger hantavirusa görə KARANTİNDƏDİR - FOTO

Məşhur türkiyəli bloger hantavirusa görə KARANTİNDƏDİR - FOTO

Estetik əməliyyatdan razı qalmayanlar – Pulunuzu geri tələb edə BİLƏRSİNİZ

Estetik əməliyyatdan razı qalmayanlar – Pulunuzu geri tələb edə BİLƏRSİNİZ

Monika Belluççi ev axtarır - FOTO

Monika Belluççi ev axtarır - FOTO

Xəstə həkiminə böyrəyini VERDİ – VİDEO

Xəstə həkiminə böyrəyini VERDİ – VİDEO

End of content

No more pages to load

RADİO