Şuşada keçiriləcək “Xarı bülbül festivalı” bütün dünyaya səs salacaq

Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi və Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı kimi qəbul olunması barədə qərarlar ümumiləşmiş formada Azərbaycan tarixi və mədəniyyətinin vəhdət olunmuş şəkildə təbliğatı üçün əsaslar yaradır.

İstər Nizami Gəncəvinin şəxsiyyəti, istərsə də Şuşa şəhəri Azərbaycana nə qədər əzizdirsə, Türkiyə və xalqımız üçün də bir o qədər əziz və dəyərlidir.

Heydər Əliyev Mədəniyyət Mərkəzi olaraq bu iki zəngin mənəvi dəyərə söykənib Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün var qüvvəmizlə çalışacağıq.

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının və Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri Bilal Dündar deyib.

Ümummilli lider Heydər Əliyevin görkəmli şəxsiyyətlərimizin və tariximizin üzə çıxarılması və dünyada tanıtdırılması istiqamətində mühüm qərarlar qəbul etdiyini və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran Bilal Dündar deyib:

“Fundamental dövlətçilik ənənələrinin qorunması Azərbaycanın çoxşaxəli inkişafına, xüsusilə tarixə və mədəniyyətə bağlı dəyərlərin gücünü artırmağa yeni-yeni imkanlar yaradır.

Nizami Gəncəvinin əsərləri dünya ədəbiyyatının misilsiz inciləridir. Əminəm ki, “Nizami Gəncəvi İli” çərçivəsində böyük filosofun əsərləri bir daha dünya dillərində nəşr olunacaq və onların ədəbi bazasında yeni-yeni efir əsərləri, tamaşalar ortaya çıxacaqdır.

Şuşa isə Azərbaycanın 44 günlük rəşadətli qələbəsinin mənəvi simvoludur. Şuşanın mədəniyyət paytaxtı elan olunması Azərbaycan tarixinə, xüsusilə Qarabağa bağlı bütün həqiqətlərə işıq salır.

Biz də Prezident İlham Əliyevin Nizami Gəncəvi və Şuşa ilə bağlı qərarlarına uyğun olaraq geniş fəaliyyət planı hazırlayacağıq.

Əminik ki, Şuşada keçiriləcək “Xarı bülbül festivalı” və Vaqif Poeziya Günləri bütün dünyaya səs salacaq. Bir daha hamı əmin olacaq ki, Qarabağ Azərbaycandır!”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

İranın keçmiş prezidenti: Ölkə sonsuza qədər müharibə şəraitində yaşaya bilməz

İranın keçmiş prezidenti: Ölkə sonsuza qədər müharibə şəraitində yaşaya bilməz

Ronaldo: “Yəqin ki, futbolda son ilimdir”

Ronaldo: “Yəqin ki, futbolda son ilimdir”

Siciliyada Renessans rəssamı Antonello da Messinanın əsərləri oğurlandı

Siciliyada Renessans rəssamı Antonello da Messinanın əsərləri oğurlandı

“Miss Earth” yarışmasının vitse-missi 25 yaşında vəfat etdi

“Miss Earth” yarışmasının vitse-missi 25 yaşında vəfat etdi

Monteneqroda meşə yanğınları tüğyan edir

Monteneqroda meşə yanğınları tüğyan edir

“Əl-Hilal” Benzema ilə müqaviləni ləğv edəcək?

“Əl-Hilal” Benzema ilə müqaviləni ləğv edəcək?

Çin iqtisadiyyatında dönüş nöqtəsi qlobal böhrana səbəb olacaq?

Çin iqtisadiyyatında dönüş nöqtəsi qlobal böhrana səbəb olacaq?

Süni intellekt 22 il ərzində həll olunmayan riyazi problemi 16 saata çözə bilib

Süni intellekt 22 il ərzində həll olunmayan riyazi problemi 16 saata çözə bilib

Premyer Liqa: "Zirə" "Şəfa"nı məğlub etdi - VİDEO

Premyer Liqa: "Zirə" "Şəfa"nı məğlub etdi - VİDEO

Samuxda ağır qəza: Ata və oğlu xəsarət aldı

Samuxda ağır qəza: Ata və oğlu xəsarət aldı

İmişlidə şin partladı - Usta xəsarət aldı

İmişlidə şin partladı - Usta xəsarət aldı

Vəfa Zeynalova qızı ilə istirahətdə - FOTO

Vəfa Zeynalova qızı ilə istirahətdə - FOTO

Kombaynla birlikdə uçan körpü hələ də bərpa olunmayıb - VİDEO

Kombaynla birlikdə uçan körpü hələ də bərpa olunmayıb - VİDEO

DSX-dən Abbasəli Novruzovun vəfatı ilə bağlı NEKROLOQ

DSX-dən Abbasəli Novruzovun vəfatı ilə bağlı NEKROLOQ

Netflix India 24 milyon dollarlıq serial təqdim etdi - VİDEO

Netflix India 24 milyon dollarlıq serial təqdim etdi - VİDEO

ABŞ 18 ayda Tomahawk ehtiyatının yarısını xərcləyib - FOTO

ABŞ 18 ayda Tomahawk ehtiyatının yarısını xərcləyib - FOTO

8 ölkə İsrailin Trampın Qəzza planından imtina etməsini pislədi

8 ölkə İsrailin Trampın Qəzza planından imtina etməsini pislədi

Masazırda spirtli içki üstündə insident: Saxlanılan var - VİDEO

Masazırda spirtli içki üstündə insident: Saxlanılan var - VİDEO

Cokoviç matç zamanı kortda huşunu itirib - VİDEO

Cokoviç matç zamanı kortda huşunu itirib - VİDEO

Zaqatalada 500 illik sirr: Evin tavanında nələr yazılıb? - VİDEO

Zaqatalada 500 illik sirr: Evin tavanında nələr yazılıb? - VİDEO

Güləşçimiz dünya çempionatının FİNALINDA

Güləşçimiz dünya çempionatının FİNALINDA

Çində məmurlar əcnəbilərlə evləndikləri üçün karyeralarını itirə bilərlər

Çində məmurlar əcnəbilərlə evləndikləri üçün karyeralarını itirə bilərlər

Azərbaycan Naxçıvanda hərbi gücünü ARTIRIR - Yeni komando birlikləri - VİDEO

Azərbaycan Naxçıvanda hərbi gücünü ARTIRIR - Yeni komando birlikləri - VİDEO

End of content

No more pages to load

RADİO