Kino Agentliyinə kim sədr getmək istəyir? - Gənc rejissor ad AÇIQLADI

“Avropa Film Akademiyasına seçilən üzvləri təbrik edirəm. Ancaq siyahıda Hilal Baydarovun, Elçin Musaoğlunun, Oqtay Mirqasımovun, Mirbala Səlimlinin, Elxan Cəfərovun, və digər adını unutduğum ciddi kinematoqrafçıların ismləri yoxdur. Düşünürəm ki, bu xəbər əslində yaxşı bir xəbər olsa da, bu həmçinin yeni yaradılan Kino Agentliyinə rəhbər gəlmək istəyən adamın taktiki cəhdlərindən biridir”.

Bu açıqlamanı şəxsi facebook səhifəsində gənc rejissor Amil Amal paylaşıb. Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən gənc rejissor bildirib ki, Avropa Film Akademiyasına seçilən üzvlərin bir çoxu necə seçildiklərindən belə xəbərsizdirlər:
 

MÖVZU İLƏ BAĞLI:

Tanınmış kinematoqrafçılarımız Avropa Film Akademiyasına üzv seçildi - SİYAHI


“Çox böyük ehtimal ki, onların adları Mədəniyyət Nazirliyinin Kino və videoqrafiya şöbəsinin rəhbəri Rüfət Həsənov tərəfindən verilib. Əgər belədirsə, niyə ciddi imzalar bu prosesdən kənarda qalıb? Çox böyük ehtimal Agentliyə Rüfət Həsənov rəhbər təyin olunacaq. Bunu ona əsasən deyirəm ki, hazırda onun Mədəniyyət Nazirliyindəki işi ilə bağlı vakansiya elan olunub. İstənilən bir rəhbər işçi öz işindən istehfa verəndə və ya vəzifədən kənarlaşdırılanda bununla bağlı mətbuata bəyanat verilir. Amma hələ ki, bu barədə açıqlama eşitməmişik”.

Rüfət Həsənovla heç bir şəxsi probleminin olmadığını söyləyən gənc rejissor vurğulayıb ki, Rüfət Həsənovun Nazirlikdə rəhbərliyə təyin olunduğu zaman Azərbaycan kinosunun dirçəlməsi ilə bağlı böyük ümidləri olsa da, bunun şahidi olmayıb:

“Onun “Qarınqulu” animasiya layihəsinə dövlət büdcəsindən  ayırdığı 400 min manat  və bu layihənin tendersiz verilməsi ilə bağlı mediada bir çox  məlumatlar yazılıb”

Rejissor xaricdə dövlət hesabına təhsil alan gənclərin Nazirliyin Kino şöbəsi tərəfindən son illər dövlət hesabına maliyyələşən heç bir layihəyə dəvət olunmadığını, bununla bağlı etiraz edənlərin isə prosesdən tam olaraq kənarda saxlanıldığını vurğulayıb:

“Dövlət hesabına Moskvada Kinematoqrafiya Universitetinin kinorejissor və kinodramaturgiya fakültəsini btirmişəm. Hətta dövlət hesabına Londonda da oxuyan rejissorlarımız var ki, bu gün prosesdən tam olaraq kənarda saxlanılırlar. Belə çıxır ki dövlətin bizim xaricdə oxumağımız və keyfiyyətli filmlər ortaya qoymağımız üçün xərclədiyi pulların Rüfət Həsənov üçün heç bir əhəmiyyəti yoxdur. Deməli, Mədəniyyət nazirliyində köhnə vərdişlər yenə də davam edir”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

"Sabah" hesabı açdı - VİDEO

"Sabah" hesabı açdı - VİDEO

Röya: “Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

Röya: “Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

"Sabah" - “Slaviya Praqa” oyununda ilk hissə YEKUNLAŞDI

"Sabah" - “Slaviya Praqa” oyununda ilk hissə YEKUNLAŞDI

Kreml Yaponiyanı düşmən addımlardan əl çəkməyə ÇAĞIRDI

Kreml Yaponiyanı düşmən addımlardan əl çəkməyə ÇAĞIRDI

Bakıda hərəkətin təşkili sürcülərdə çaşqınlıq yaratdı - VİDEO

Bakıda hərəkətin təşkili sürcülərdə çaşqınlıq yaratdı - VİDEO

Valideynlərin DİQQƏTİNƏ: TikTok-dakı bu trend uşaqlar üçün təhlükəlidir

Valideynlərin DİQQƏTİNƏ: TikTok-dakı bu trend uşaqlar üçün təhlükəlidir

Zelenskidən ETİRAF: “Kiyev qışa hazır deyil”

Zelenskidən ETİRAF: “Kiyev qışa hazır deyil”

End of content

No more pages to load

RADİO