Hər şeyin təzəsi, kinonun KÖHNƏSİ... – Niyə yeni filmlər keçmişdəkilər qədər BAXIMLI DEYİL?

Demək olar ki, hamımızın dəfələrlə izləməkdən yorulmadığı və hər dəfə eyni həzzlə izlədiyi filmlər var. Lakin elə filmlər də var ki, əksəriyyətimiz hər dəfə televiziyada yayılandıqda, yaxud hər hansı frqamentləri sosial şəbəkələrdə qarşımıza çıxdıqda ilk dəfəki maraqla ona tamaşa etməkdən özümüzü saxlaya bilmirik.

Xüsusən də, köhnə Azərbaycan filmlərini bu kateqoriyaya aid edə bilərik. Maraqlıdır ki, hətta o dövrdə yaşamayan gənclər belə keçmiş filmlərimizi təkrar-təkrar izləyirlər. Son dövrlərdə çəkilən kinolara eyni formada izləyici marağının olduğunu deməksə çətindir.

Bəs, bu gün kino sənəti niyə belə vəziyyətdədir?

Xalq Artisti, Akademik Milli Dram Teatrının aktrisası Səidə Quliyeva Bizim.Media-ya açıqlamasında bildirib ki, bu gün Azərbaycanda kino, demək olar ki, yox dərəcəsindədir.
 

MÖVZU İLƏ BAĞLI:

Allahverdi Yolçuyev: “Aktyor avtobusda basabasda gedib, kral rolunu oynaya bilməz” – MÜSAHİBƏ


Buna səbəb, keçmiş kinoların çox ciddi rejissorlar tərəfindən çəkilməsi və onlara çox ciddi münasibət göstərilməsi idi:

“Keçmişdə çəkilən kinolar sənət əsərləri idi. Əsl kino çəkmək üçün şərait də var idi, yüksək sənət sahibi olan aktyorlar da. Ona görə onların oyun tərzi, ssenari, rejissor işi, operator işi, rəssam işi hamısı vəhdət təşkil edirdi. Ən sonda da bunun sayəsində gözəl, monumental sənət əsərləri, eləcə də tamaşalar yaranırdı”.

Xalq artisti Azərbaycan gəncliyinin köhnə filmləri bəyənməyib, yeni çəkilən “filmləri” şedevr saydığına görə məyus olduğunu, buna görə yeni filmlərə çəkilmək istəmədiyini deyir:

“Son dövrlər bir-iki filmdən başqa mən normal film görmürəm. İstənilən çəkiliş “kino” adı ilə tamaşaçıya təqdim olunursa, bu onların yaxşı film olması demək deyil. İstedadlı aktyorlarımız var, ancaq onlara da rejissor, operator, ssenarist lazımdır ki, yaxşı bir iş alındırsınlar. Bildiyim odur ki, bu filmlər sabun köpüyüdür, sabun köpüyü isə heçvaxt yadda qalmır. 

Çox təəsüflər olsun ki, ssenaristimiz, operator, rejissorumuz da var, ancaq bu formada filmlər çəkilir. Mən müasir filmlərdən təklif alsam da, sənətimə hörmət edərək çəkilmək istəmirəm. Çox istərdim istedadlı rejissorlar üzə çıxsın. Hazırki vəziyyət sübut edir ki, mütləq istedadlı insanlar yetişdirilməlidir. Çox təəssüf ki, istedadların çoxu da ya xaricə gedib Azərbaycana qayıtmır, yaxud şərait olmadığı üçün film çəkə bilmirlər. Bəlkə də var, biz onları görmürük. Çünki arada qığılcım görünsə də, onlar üçün şərait və imkan yaradılmalıdır”

Xalq artisti Şamil Süleymanlının fikrincə, indiki filmlər, keçmişdəkilər kimi insanlığa mesaj ötürmür. 

Kinonun əvvəli, sonluğu bilinmirsə, mənası yoxdur və əlbəttə ki, həmin filmlər tez də unudulacaq:

“Kino sanki bir danışıq dilidir. Onun dilini bilmədən uğur qazanmaq mümkünsüzdür. İncəsənət fərqlilik və ustalıq tələb edir, eynilə kino da belədir. Keçmiş kinolarda kino sənə nəsə deyirdi. Rejissor da çalışırdı ki, kino vasitəsilə sənə nəsə ötürsün. Təəssüf ki, indi bunu görmək olmur. 

Kino sirli aləm kimidir, əvvəlcə onun sirrini öyrənmək lazımdır. Bunun adı peşəkarların dilində montaj, operator işi, aktyor sənətidir. Kino, aktyor sənəti tamam başqadır. Köhnə aktyorlar, məsələn Rasim Balayev və bir çoxları başdan ayağa kino aktyorlarıdır. Buna görə də keçmişdə görülən işlər, oynanılan obrazlar heç vaxt yaddaşlardan silinməyəcək”.

Tanınmış aktyor, rejissor, ssenari müəllifi və videobloger Taleh Yüzbəyovun mövzuya yanaşması isə Xalq artistlərindən fərqli olub. 

Onun sözlərinə görə, kino büdcə tələb edən sahələrdən biri olduğuna görə, hazıda bu sahəəd ən böyük çətinliklərdən biri məhz maddiyyatdır:

“Səthi nəzər salsaq, görmüş olarıq ki, sovet dövründə və əvvəl çox yaxşı kinolarımız olub. Çünki kino bizdə 1898-ci ildə yaranıb. Arada çox böyük zaman kəsiyi var. Ona görə də müqayisə ədalətsizdir. Kino Sovet dövründə birbaşa dövlət tərəfindən maliyyələşdirilən bir sahə olub. Yəni, bunun üçün pul ayıran bir qurum vardı. 80-ci illərin ortalarından isə kinomuzda hazırki problemlər yaranmağa başladı. İndiki dövrdə çox istedadlı insanlar var, onlara keyfiyyətli işlərin görülməsi üçün sadəcə maddi dəstək lazımdır.

Bundan əlavə, film çəkmək üçün birdəfəlik və ya kreditlə pul ayıran Kino Fondumuz da yoxdur. Hazırda müstəqil kino çəkənlər sponsorların və yaxud öz hesablarına müəyyən qədər cəhdlər edirlər. Lakin vəziyyət ürəkaçan deyil”.

Taleh Yüzbəyov sonda vurğulayıb ki, kino sahəsinə universitetdən başlayaraq diqqət yetirilsə, eləcə də maddi yatırım edilsə, nəticə əldə edə bilərik:

“Universitetlərdə tədris yeni forma almalıdır. Çünki mən təhsil alanda, biz hələ də çox köhnə aktyor məktəbi kitablığından dərs alırdıq. Dünyada bu istiqamətdə çox böyük inkişaf gedib, yəni təzə metodikalar, üsullar yaranıb. Ona görə də, ilk növbədə tədrisin yüksək aparılmasına nail olmaq lazımdır. Problemlər aradan qalxarsa, kinomuzda müsbət mənada böyük dəyişikliklər olar”.

Röyanə Oğuz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ərdoğan: Tramp F-35-lərlə bağlı söz verib, indi onun yerinə yetirilməsini gözləyirik

Ərdoğan: Tramp F-35-lərlə bağlı söz verib, indi onun yerinə yetirilməsini gözləyirik

Pentaqon rəhbəri tədbirdə burnunu sildi - Məsxərəyə qoyuldu - VİDEO

Pentaqon rəhbəri tədbirdə burnunu sildi - Məsxərəyə qoyuldu - VİDEO

Kiyevdə kitab bazarında güclü yanğın - ANBAAN VİDEO

Kiyevdə kitab bazarında güclü yanğın - ANBAAN VİDEO

Selena Qomez və anası 1,2 milyon dollarlıq fırıldaqçılıqda ittiham olunur

Selena Qomez və anası 1,2 milyon dollarlıq fırıldaqçılıqda ittiham olunur

Ermənistanda sərnişin qatarının üzərinə elektrik xətti düşdü

Ermənistanda sərnişin qatarının üzərinə elektrik xətti düşdü

Moskva yaxınlığında Wildberries-in nəhəng logistika kompleksi yanır - VİDEO

Moskva yaxınlığında Wildberries-in nəhəng logistika kompleksi yanır - VİDEO

Bakının 556 küçəsi yuyuldu - FOTO

Bakının 556 küçəsi yuyuldu - FOTO

Bruney sultanı gəlinini kral titullarından məhrum etdi

Bruney sultanı gəlinini kral titullarından məhrum etdi

Bəxtiyar Vahabzadənin anadan olmasının 101-ci ildönümüdür

Bəxtiyar Vahabzadənin anadan olmasının 101-ci ildönümüdür

Bu gün "Sumqayıt" "Neftçi"ni sınağa ÇƏKƏCƏK

Bu gün "Sumqayıt" "Neftçi"ni sınağa ÇƏKƏCƏK

Serbiyada Dunay çayı dayazlaşır - Ən aşağı səviyyə

Serbiyada Dunay çayı dayazlaşır - Ən aşağı səviyyə

Kiyev ballistik raketlərlə vuruldu, dağıntılar var – FOTO-VİDEO

Kiyev ballistik raketlərlə vuruldu, dağıntılar var – FOTO-VİDEO

İndoneziyada güclü zəlzələ: 51 nəfər həlak oldu - VİDEO

İndoneziyada güclü zəlzələ: 51 nəfər həlak oldu - VİDEO

Tovuzda ağır qəza: ÖLƏN VAR - FOTO

Tovuzda ağır qəza: ÖLƏN VAR - FOTO

Sizi böyük uğurlar gözləyir -Şanslı həftədə diqqətli olun!

Sizi böyük uğurlar gözləyir -Şanslı həftədə diqqətli olun!

Almaniyada isti hava səbəbindən ölənlərin sayı 12 mini ÖTDÜ

Almaniyada isti hava səbəbindən ölənlərin sayı 12 mini ÖTDÜ

Hər gün yumurta yeməyin TƏHLÜKƏSİ üzə çıxdı

Hər gün yumurta yeməyin TƏHLÜKƏSİ üzə çıxdı

ABŞ siyasətini Dostoyevskinin sözləri ilə tənqid etdi – FOTO

ABŞ siyasətini Dostoyevskinin sözləri ilə tənqid etdi – FOTO

Bu ucuz 2-ci əl maşınları rahat 400-500 min kilometr sürəcəksiniz

Bu ucuz 2-ci əl maşınları rahat 400-500 min kilometr sürəcəksiniz

Qonşu ölkənin bir hissəsi istidən, digəri leysandan əziyyət çəkir

Qonşu ölkənin bir hissəsi istidən, digəri leysandan əziyyət çəkir

ABŞ-da universitetə silahlı HÜCUM – Yaralılar var – FOTO

ABŞ-da universitetə silahlı HÜCUM – Yaralılar var – FOTO

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar

“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar

Hörmüz boğazında EKOLOJİ FƏLAKƏT – Zərər trilyonlarla ölçülür – VİDEO

Hörmüz boğazında EKOLOJİ FƏLAKƏT – Zərər trilyonlarla ölçülür – VİDEO

End of content

No more pages to load

RADİO