Turistlərin arzuladığı məkan - Paleolit dövrünü canlandıran Ankara - FOTOLAR   

Tarixi və mədəni zənginlikləriylə tanınan, turizm ölkəsi olan Türkiyədə bir-birindən maraqlı muzeylər var. Daha çox paytaxt şəhəri bəzəyən və turistləri qədim zənginliyə aparan bu muzeylər qardaş ölkənin tarixi yaddaşını və nəsildən-nəslə ötürülməsini təcəssüm edir.

Bəhs edəcəyimiz Ankara Etnoqrafiya Muzeyi Türkiyə Cümhuriyyətində yaradılan ilk dövlət muzeyidir.
 

MÖVZU İLƏ BAĞLI:

Dünyanın ən böyük kitabxanası - 201 km-lik kitab rəfləri - FOTOLAR


Əvvəllər Arxeoloji Muzey kimi istifadə olunması düşünülsə də, sonra Rəsm və Heykəl Muzeyi olması ilə bağlı qərar verilib.

Rəsmi açılışından sonra isə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Ankara Etnoqrafiya Muzeyi adını daşımağa başlayıb.

Muzeyin maraqlı tarixçəsi var. O həm muzey, həm də bir müddət Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün nəşinin saxlanıldığı muzey-mavzoley kimi fəaliyyət göstərib.

Muzey binası Ankaranın “Namazgah” adı ilə tanınan səmtindəki bir təpədə inşa edilib.

Deyilənlərə görə, bu məkanda Qurtuluş savaşı dönəmində cümə namazları qılınarmış və ona görə də həmin məkan belə adlanıb.

1925-ci ildə İstanbul Muzeylər müdiriyyətinin rəhbəri Xəlil Ethemin rəhbərliyi altında muzey eksponatları toplamaq və satın almaq üzrə xüsusi komissiya qurulur.

Satın alınan 1250 eksponat 1927-ci ildə inşası tamamlanan muzeydə nümayiş etdirilir. 15 aprel 1928-ci ildə buranı ziyarət edən Mustafa Kamal Atatürk onun muzey kimi fəaliyyəti barədə göstəriş verir.

Beləliklə, Türkiyə Cümhuriyyətinin ilk dövlət muzeyi kimi Ankara Etnoqrafiya Muzeyi xalqın xidmətinə verilir. Burada Osmanlı dövrünə, yəni XVII və XIX əsrin sonlarına aid eksponatlar qorunub saxlanılır.

Etnoqrafiya Muzeyi türk İslam dönəminə aid xalqın yaşayış tərzini əks etdirən tarixi incilərlə zəngindir.

Xüsusilə muzeydə Anadolunun tarixini əks etdirən əsərlər, el sənətləri, geyim və xalılar, o dövrün mədəniyyəti və s. əl işləmələri sərgilənir.

Ənənəvi türk sənətinin nümunələrinin yer aldığı muzey hər bir turisti tarixə qovuşduracaq xüsusiyyətə malikdir.

Fərqli ustalıq və səliqə ilə sərgilənən muzey ən maraqlı ekspozisiyalarla əhatələnib. Muzeydə qadınların xına qoyma və toy mərasimi, eləcə də kişilərin toydan əvvəl hamam mərasimi sərgilənir.

Osmanlı dövründə məşhur olan xəttatlıq və əl işləri sənəti ilə bağlı nümaunələr də muzeydə yer alır.

Bir-birindən maraqlı, nadir incilərlə seçilən sənət nümunələləri arasında XV əsrdən qalma Məmlük qazanları, Osmanlı şərbət qazanları, ləyən, sini, qəhvə qabları və qayçıları görmək olar.  

Muzeydə turistlərin diqqətinin alacaq müasir bir ənənəyə da rast gəldik. Nümayiş olunan bütün tarixi inci və əsərlər turistlərə müasir standartlara cavab verən texnika ilə təqdim olunur. Zalda qoyulmuş video-ekran vasitəsilə muzeyin tarixinə rahatlıqla səyahət etmək mümkündür.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ankarada səfərdə olan azərbaycanlı jurnalistlərin növbəti ziyarəti Ankaranın ən yüksək bölgəsinə - qədim Ankara qalasının ətəyində fəaliyyət göstərən Anadolu Mədəniyyətləri Muzeyinə olub.

Ankaranın Ulus rayonunun Atbazarı səmtində, Ankara qalasının cənub-şərq divarlarının altında yerləşən muzey iki tarixi tikilidən – Mahmud Paşa Bedesteni və Kurşunlu Handan ibarətdir.

Belə güman olunur ki, binalardan birini Fateh dönəminin Baş vəziri olmuş Mahmud Paşa Bedesteni 1464-1467-ci illərdə, digərini isə yenə həmin dövrün Baş vəzirlərindən Məhmət Paşa tikdirib. 1881-ci ildə baş verən güclü yanğından sonra tərk edilmiş hər iki bina, Anadolu ərazilərində tapılan tarixi eksponatları sərgiləmək üçün münasib qiymətə alınır.

Uzun illər təmir-bərpa işləri gedən bina 1940-cı ildə başa çatır, 1943-cü ildə isə bina muzey kimi qapılarını insanların üzünə açır.

Muzeyin nəhəng və zəngin tarixi tapıntılarla dolu salonlarını gəzdikcə tarixə səfər etmiş olduq. Muzeydə Paleolit dövründən tutmuş günümüzədək insan əməyinin bəhrəsi olan tarixi əsərlər və digər qalıqlar sərgilənməkdədir.

Bələdçinin dediyinə görə nümayiş olunan hər bir tarixi inci həqiqi tapıntıdır ki, bu günədək qorunub saxlanılmaqdadır.

Üstəlik vaxtilə xarici ölkələrə aparılmış bir sıra tarixi-mədəniyyət tapıntıları Türkiyə mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə geri qaytarılmaqdadır. Bələdçi deyir ki, tarixi Osmanlı dövrünə aid hər bir tapıntının geri qaytarılması işi davam etdiriləcək.

Nadir və zəngin eksponatları özündə cəmləyən muzeyə turistlərin axını pandemiyadan əvvəl daha çox olub. İndi də antik muzeyə gələnlər az deyil.  

Alçina Amilqızı, Bizim.Media, Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İş həyatında ən sürətli yüksələn 4 BÜRC

İş həyatında ən sürətli yüksələn 4 BÜRC

Tərləmənin və pis qoxunun səbəbi bu vitamin imiş

Tərləmənin və pis qoxunun səbəbi bu vitamin imiş

İranda YENİ QURUM yaradıldı: gəmilərin keçidi üçün...

İranda YENİ QURUM yaradıldı: gəmilərin keçidi üçün...

Psixi sağlamlığı yaxşılaşdıran EMOSİYA müəyyən edilib - ARAŞDIRMA

Psixi sağlamlığı yaxşılaşdıran EMOSİYA müəyyən edilib - ARAŞDIRMA

Füzuli rayonundan olan üç itkin şəxsin nəşinin qalıqları müəyyən edildi - 33 ildən sonra

Füzuli rayonundan olan üç itkin şəxsin nəşinin qalıqları müəyyən edildi - 33 ildən sonra

Belarus Ermənistana NOTA VERDİ

Belarus Ermənistana NOTA VERDİ

Gürcüstanda yüksək vəzifəli məmur saxlanılıb - Xarici kəşfiyyata işləyirmiş

Gürcüstanda yüksək vəzifəli məmur saxlanılıb - Xarici kəşfiyyata işləyirmiş

Abdelmacid Tebbun Türkiyəyə səfər edəcək

Abdelmacid Tebbun Türkiyəyə səfər edəcək

Biləcəridə zəncirvari QƏZA: "KamAZ" qırmızı işıqda keçdi - FOTO

Biləcəridə zəncirvari QƏZA: "KamAZ" qırmızı işıqda keçdi - FOTO

Tramp: “İran ağ bayraq qaldırmalıdır” - VİDEO

Tramp: “İran ağ bayraq qaldırmalıdır” - VİDEO

Ermənistanda Zelenskinin gəlişinə ETİRAZ: Ukrayna bayrağı yandırıldı - VİDEO

Ermənistanda Zelenskinin gəlişinə ETİRAZ: Ukrayna bayrağı yandırıldı - VİDEO

Qazaxıstan Rusiyadan elektrik enerjisindən imtina etməyi planlaşdırır

Qazaxıstan Rusiyadan elektrik enerjisindən imtina etməyi planlaşdırır

"Biabırçılıqdır, heç rayonda belə yaşamırlar" - ŞİKAYƏT/VİDEO

"Biabırçılıqdır, heç rayonda belə yaşamırlar" - ŞİKAYƏT/VİDEO

Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO

Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO

Əhvalınızı düzəldəcək kiçik vərdişlər

Əhvalınızı düzəldəcək kiçik vərdişlər

Pakistanda dözülməz İSTİLƏR: ölənlər var

Pakistanda dözülməz İSTİLƏR: ölənlər var

İran BƏƏ-yə hücum etdiyini qəti TƏKZİB ETDİ

İran BƏƏ-yə hücum etdiyini qəti TƏKZİB ETDİ

Cavidin xanımından boşanma ilə bağlı suala ŞOK CAVAB: “Hər şey ola bilər!” - FOTO

Cavidin xanımından boşanma ilə bağlı suala ŞOK CAVAB: “Hər şey ola bilər!” - FOTO

İran gəmilərin Hörmüz boğazından keçidi üçün YENİ MEXANİZM yaradıb

İran gəmilərin Hörmüz boğazından keçidi üçün YENİ MEXANİZM yaradıb

Bu yerlərdə işıq olmayacaq

Bu yerlərdə işıq olmayacaq

Qalada evlərin altından su çıxır - Sakinlər NARAHATDIR - VİDEO

Qalada evlərin altından su çıxır - Sakinlər NARAHATDIR - VİDEO

WUF13 Festivalının axşam proqramı Şəkidə böyük maraq doğurub - FOTO

WUF13 Festivalının axşam proqramı Şəkidə böyük maraq doğurub - FOTO

Partlayışda xəsarət alan HƏKİM dünyasını dəyişdi

Partlayışda xəsarət alan HƏKİM dünyasını dəyişdi

İkinci Liqa: “Xankəndi” növbəti qələbəsini qazandı

İkinci Liqa: “Xankəndi” növbəti qələbəsini qazandı

End of content

No more pages to load

RADİO