Mədəniyyət naziri Almaniya səfiri ilə görüşdü

Mədəniyyət naziri Anar Kərimov Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Məlumata görə, A.Kərimov Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafını qeyd edib, iki ölkənin Mədəniyyət nazirliklərinin səmərəli qarşılıqlı fəaliyyətindən söz açıb.

 

MÖVZU İLƏ BAĞLI:

Qərb və şərq mədəniyyətinin ecazkar sintezi - FOTOLAR


Mədəniyyət sahəsində də əlaqələrin inkişaf etdiyi, indiyədək görülən işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün əlverişli şəraitin yaradılması, xalqlararası mədəni təbliğatın təşviqi, qarşılıqlı mədəni tədbirlərin təşkilinə diqqət çəkilib.

Həmçinin muzeylər və kitabxanalararası əməkdaşlıq, mədəniyyət sahəsində təcrübə mübadiləsinin təmin edilməsi məqsədilə cari ildə imzalanması planlaşdırılan “Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında mədəniyyət, təhsil, elm, gənclər və idman sahələrində əməkdaşlıq haqqında Saziş”ə toxunulub.

Görüş zamanı eyni zamanda Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətinin genişləndirilməsi, gənclərlə iş sahəsində birgə layihələrin reallaşdırılması məsələləri də müzakirə olunub.

Qəbula görə nazirə təşəkkürünü bildirən səfir V.Maniq Almaniya və Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin sıx və rəngarəng olduğunu, uzunillik ənənəyə dayandığını deyib.

 

Diplomat əlaqələrin daha da inkişaf etdirilməsi üçün müvafiq əməkdaşlıq müqaviləsinin imzalanmasının əhəmiyyətini diqqətə çatdırıb, bunun iki ölkə arasında hərtərəfli münasibətlərin dərinləşməsinə töhfə verəcəyini bildirib.


Görüş zamanı həmçinin cari ildə keçirilməsi nəzərdə tutulan 71-ci Berlin Beynəlxalq Film Festivalında Ermənistan tərəfindən təqdim edilmiş “Black Bach Artsakh” filminin nümayişinin proqrama salınması ilə bağlı etiraz ifadə edilib.

Sonda iki ölkə arasında mədəniyyət sahəsində qarşılıqlı fəaliyyətin perspektivlərinə toxunulub, əməkdaşlıqla bağlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranın keçmiş prezidenti: Ölkə sonsuza qədər müharibə şəraitində yaşaya bilməz

İranın keçmiş prezidenti: Ölkə sonsuza qədər müharibə şəraitində yaşaya bilməz

Ronaldo: “Yəqin ki, futbolda son ilimdir”

Ronaldo: “Yəqin ki, futbolda son ilimdir”

Siciliyada Renessans rəssamı Antonello da Messinanın əsərləri oğurlandı

Siciliyada Renessans rəssamı Antonello da Messinanın əsərləri oğurlandı

“Miss Earth” yarışmasının vitse-missi 25 yaşında vəfat etdi

“Miss Earth” yarışmasının vitse-missi 25 yaşında vəfat etdi

Monteneqroda meşə yanğınları tüğyan edir

Monteneqroda meşə yanğınları tüğyan edir

“Əl-Hilal” Benzema ilə müqaviləni ləğv edəcək?

“Əl-Hilal” Benzema ilə müqaviləni ləğv edəcək?

Çin iqtisadiyyatında dönüş nöqtəsi qlobal böhrana səbəb olacaq?

Çin iqtisadiyyatında dönüş nöqtəsi qlobal böhrana səbəb olacaq?

Süni intellekt 22 il ərzində həll olunmayan riyazi problemi 16 saata çözə bilib

Süni intellekt 22 il ərzində həll olunmayan riyazi problemi 16 saata çözə bilib

Premyer Liqa: "Zirə" "Şəfa"nı məğlub etdi - VİDEO

Premyer Liqa: "Zirə" "Şəfa"nı məğlub etdi - VİDEO

Samuxda ağır qəza: Ata və oğlu xəsarət aldı

Samuxda ağır qəza: Ata və oğlu xəsarət aldı

İmişlidə şin partladı - Usta xəsarət aldı

İmişlidə şin partladı - Usta xəsarət aldı

Vəfa Zeynalova qızı ilə istirahətdə - FOTO

Vəfa Zeynalova qızı ilə istirahətdə - FOTO

Kombaynla birlikdə uçan körpü hələ də bərpa olunmayıb - VİDEO

Kombaynla birlikdə uçan körpü hələ də bərpa olunmayıb - VİDEO

DSX-dən Abbasəli Novruzovun vəfatı ilə bağlı NEKROLOQ

DSX-dən Abbasəli Novruzovun vəfatı ilə bağlı NEKROLOQ

Netflix India 24 milyon dollarlıq serial təqdim etdi - VİDEO

Netflix India 24 milyon dollarlıq serial təqdim etdi - VİDEO

ABŞ 18 ayda Tomahawk ehtiyatının yarısını xərcləyib - FOTO

ABŞ 18 ayda Tomahawk ehtiyatının yarısını xərcləyib - FOTO

8 ölkə İsrailin Trampın Qəzza planından imtina etməsini pislədi

8 ölkə İsrailin Trampın Qəzza planından imtina etməsini pislədi

Masazırda spirtli içki üstündə insident: Saxlanılan var - VİDEO

Masazırda spirtli içki üstündə insident: Saxlanılan var - VİDEO

Cokoviç matç zamanı kortda huşunu itirib - VİDEO

Cokoviç matç zamanı kortda huşunu itirib - VİDEO

Zaqatalada 500 illik sirr: Evin tavanında nələr yazılıb? - VİDEO

Zaqatalada 500 illik sirr: Evin tavanında nələr yazılıb? - VİDEO

Güləşçimiz dünya çempionatının FİNALINDA

Güləşçimiz dünya çempionatının FİNALINDA

Çində məmurlar əcnəbilərlə evləndikləri üçün karyeralarını itirə bilərlər

Çində məmurlar əcnəbilərlə evləndikləri üçün karyeralarını itirə bilərlər

Azərbaycan Naxçıvanda hərbi gücünü ARTIRIR - Yeni komando birlikləri - VİDEO

Azərbaycan Naxçıvanda hərbi gücünü ARTIRIR - Yeni komando birlikləri - VİDEO

Zelenski Avropaya müraciət etdi: “Hava hücumundan müdafiə vasitələri anbarlarda yatmamalıdır”

Zelenski Avropaya müraciət etdi: “Hava hücumundan müdafiə vasitələri anbarlarda yatmamalıdır”

End of content

No more pages to load

RADİO