Mayın 18-20-də Tatarıstanın paytaxtı Qazan şəhərində “Rusiya- İslam dünyası: KazanSummit 2017”x9d adlı IX iqtisadi sammiti çərçivəsində “Halal Wedding”x9d(“Halal toy”x9d) toy festivalı keçiriləcək.xa0
Moderator.az-ın “Татар-информ”x9d-a istinadla verdiyi xəbərə görə, bu haqda Rusiya və Tatarıstan Müsəlman Xanımları Birliyinin sədri Nailə Ziqanşina keçirdiyi mətbuat konfransında məlumat verib.xa0

“Mən tez-tez toy məclislərində oluram və düşünürəm ki, bizim qızlar ərə getməyə hazır deyil. Onların cehizi yoxdur. Əsl cehiz qızın öz əlləri ilə, sevgi ilə hazırladığı əşyalardır. Biz bu festivalla dini və milli dəyərlərimizin nə qədər gözəl və aktual olduğunu göstərmək istəyirik...”x9d ”“deyə müsəlman xanım bildirib. Birlik sədri toy məclislərində alkoqollu içki verilməsinin halallığa tamamilə zidd olduğunu vurğulayaraq deyib:xa0
“Bu gün alkoqolsuz məclislərə daha çox ehtiyac var. Ümumiyyətlə, spirtli içkilərə xa0gündəlik həyatımızda, o cümlədən toylarda yer olmamalıdır. O zaman qurulan ailələr də möhkəm olacaq, boşanmalar da olmayacaq...”x9d

Təşkilatçıları sözlərinə görə, xa0“Halal toy”x9d festivalı ailə quran gənclərə bir çox suallara düzgün cavab tapmağa kömək edəcək: məclisin xa0təşkilatçısını haradan və necə tapmaq, geyimi haradan almaq, məclisi necə tərtib etmək və s.xa0
Festivalda halal toyda istifadə oluna biləcək ərzaq, xörək, içki və geyimlərin yarmarkası da təşkil olunacaq. Burada Tatarıstanın, Rusiyanın digər regionlarının, eləcə də İran istehsalçılarının məhsulları nümayiş etdiriləcək. Gənc xa0cütlüklər xa0psixloloqlar və ailə hüququ mütəxəssislərindən, eləcə də yengələrdən məsləhətlər alacaq. Qonaqlar təqdim olunan halal toy qida və içkilərinin dadına baxacaq, əyləncəli müsabiqələrdə iştirak edəcəklər. Qeyd edək ki, halal toy festivalının əsas təşkilatçsı Tatarıstan Respublikası Müsəlmanları Ruhani İdarəsidir...

P.S. Görəsən, Qafqaz Müsəlmanları Ruhani İdarəsi də belə tədbirlər təşkil edə bilməzmi? Axı neçə illərdir Azərbaycanda da toy məclislərindəki haramçılıq və israfçılığını əndazədən çıxmasından yazılır, danışılır? Amma qismən Naxçıvan istisna olmaqla bu istiqamətdə ciddi tədbirlər görülmür...

P.P.S. Xatırladaq ki, bir müddət öncə Moderator.az bu günkü toylarımızın milli və dini ənənələrimizlə daban-dabana zidd olması barədə xa0geniş yazılar dərc etmişdi---
(moderator.az/news/167501.html və moderator.az/news/167565.html). xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0
Sultan Laçın