Dağıdıcı zəlzələlərin baş verdiyi Venesuelada təbii fəlakətdən üç sutka keçməsinə baxmayaraq, dağıntılar altında qalan insanların axtarış-xilasetmə işləri davam edir və möcüzəvi sağ qalma xəbərləri gəlməkdədir.
Bizim.Media xəbər verir ki, sevindirici xəbər təbii fəlakətdən 72 saat sonra qeydə alınıb.
Xilasedicilər dağıntılar altından 9 aylıq körpəni və onun anasını sağ tapıblar.
Hər ikisinin möcüzəvi şəkildə yalnız yüngül xəsarətlər aldığı bildirilir.
Ölənlərin sayı 1430-a yüksəlib
Xatırladaq ki, Venesuelada iyunun 24-də bir-birinin ardınca 7.2 və 7.5 bal gücündə iki güclü yeraltı təkan qeydə alınıb. Bu vaxta qədər bölgədə daha 430 güclü və zəif avterşoklar (təkrar təkanlar) qeydə alınıb. Hakimiyyət orqanlarının son rəsmi məlumatına görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı artıq 1430 nəfərə çatıb.
İtkin düşənlərin tapılması üçün əraziyə cəlb olunan beynəlxalq və yerli xilasetmə briqadaları gecə-gündüz fəaliyyət göstərir.
Bizim.Media