Bakıda Elm və Təhsil Nazirliyinin binasının qarşısında 37 yaşlı kişini bıçaqlayan şəxs müəyyənləşdirilib.
Bizim.Media xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı R.Şeydayev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Xatırladaq ki, Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Şəhriyar Zakir oğlu Ramazanov küçədə tanımadığı şəxsin hücumuna məruz qalıb.
Hücum zamanı hər iki ayağından bıçaq xəsarəti alan Ş.Ramazanov dərhal xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
Bizim.Media