Ağdərə rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 28.06.2026-cı il tarixində saat 09:30 radələrində 5 nəfər (3 qadın, 2 kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Bu barədə Bizim.Media-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Ağdərədə mikroavtobusla minik avtomobili toqquşdu: Xeyli sayda yaralı var
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Xəsarət alan şəxslərin siyahısı:
Həcər Əli qızı Həsənova (1989-cu il təvəllüdlü);
Raidə Bəxtiyar qızı İmanova (1984-cü il təvəllüdlü);
Minarə Elnur qızı Babayeva (2011-ci il təvəllüdlü);
Hüseyn Pərviz oğlu İmanov (2018-ci il təvəllüdlü);
Nərgiz Əmrah qızı Hacıyeva (1966-cı il təvəllüdlü).
Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
Bizim.Media