İsti havada nələrə diqqət etməliyik? -Həkim məsləhəti

Üzü yaya doğru gedirik, havalar getdikcə istiləşir, soyuq havalardan həm canımız, həm də büdcəmiz xilas olur. Və əlbəttə ki, istinin xeyirli tərəfləri ilə yanaşı zərərləri də var.

Bəs görəsən havalar istiləşdikcə insanlar sağlamlıqlarının qeydinə necə qalmalıdırlar, bunun üçün nələrə diqqət etməlidirlər? İstinin faydalarından necə bəhrələnə, zərələrindən necə qorunmaq olar? Havalar istiləşdikcə hansı xəstəliklərin artma ehtimalı var? İsti aylarda qida rasionumuzu necə qurmalıyıq, daha çox hansı qidalara üstünlük verməliyik?

Moderator.az-ın bu və ya digər suallarını Azərbaycan Tibb Universitetinin baş müəllimi Aidə Bəndəliyeva cavablandırıb.


A.Bəndəliyeva ilk öncə isti aylarda artma ehtimalı olan xəstəliklərdən danışıb: “Qarşıdan isti yay fəsli gəlir. Yayda xüsusilə valideynlər daha diqqətli olmalıdırlar. Çünki uşaqları həm günəşin zərərli şüalarından, həm də bürkülü istilərdən qorumaq çox vacibdir. İsti havalarda ürəyin sürətli fəaliyyəti daha da artır və dəri damarları genişlənərək qan dövranından daha çox pay alır.Tərləmə ilə bədən istiliyini salmağa çalışır, tənəffüs tezliyi və dərinliyi artır. Hipertoniya (qan təzyiqi) və ürək xəstəlikləri, infarkt risklərinin sayı artır. İsti havaya uyğunlaşa bilməyən orqanizmlər özlərində baş verən halsızlıqları aradan qaldırmaq üçün müxtəlif dərman preparatlarından istifadə etdikdə orqanizm əlavə yüklənmiş olur”x9d.



Həkim ekspert isti havalarda qida rasionun necə qurulması ilə bağlı məsləhətlər də verib: “İstənilən halda bu fəsadları aradan qaldırmaq üçün bol maye qəbul edilməlidir. Gün ərzində ən az 2-2,5 litr (10-12 stəkan) su içilməlidir. Hər kəs açıq rəngli, təbii materialdan (ipək, kətan, pambıq) ibarət, sintetik olmayan parçalardan paltar geyinməli, həddindən artıq yemək yeməməli, yağlı, şirin, spirtli qidalardan çox az istifadə edilməlidir. Yayda orqanizm çox tərlədiyi üçün sidiyə getmənin miqdarı azalır və bu səbəbdən ifrazat orqanlarında bəzi tullantı maddələrin (kalsium oksalat, bilirubin vs) sıxlığı artır. Bu isə  daşların meydana gəlməsinə səbəb olaraq,  həm də həmin  daşların sidik yollarına zərər vermə imkanını artırır. Həmçinin sidik ifrazının azalması həmin nahiyələrdə infeksiyaların yayılmasına səbəb olur. Bunun da qarşısını almaq üçün çoxlu miqdarda maye qəbul edilməlidir.

Yayda əsas məsələlərdən biri düzgün qida rasionuna və qidalanma rejiminə riayət edilməsidir. Maye qəbulu zamanı suyla yanaşı süd, ayran, qazlı su, limonad, soyuq bitki çayları, şəkərsiz kompotlar və təzə sıxılmış meyvə şirəsi kimi içkilər də doğru seçimlərdir. Qida rasionunda əsasən süd və süd məhsulları (süd, qatıq, ayran), ət, quru paxlalılar, yumurta, pendir, çörək, taxıl (çörək, makaron, plov) və meyvə-tərəvəz qrupu məhsullarına üstünlük verilməlidir. Mayonez, yağlı sous, yağlı qidalar və qızartmalardan uzaq olmalı, yeməklərdə bitki yağlarından istifadə edilməli, qızartma əvəzinə qaynadılmış yeməklərə üstünlük verilməlidir. Xüsusilə yay aylarında qida zəhərlənmələri artır. Ona görə də bu mövsümdə çöldə və açıqda satılan yeməklərdən maksimum az istifadə edilməlidir. Tez xarab olan potensial riskli qidaları (ət, yumurta, süd, balıq və s.) soyuducudan kənarda çox saxlamaq olmaz. Dondurma və meyvəli şirniyyatlara diqqət edilməlidir. Mikroblar və bakteriyalar isti şəraitdə daha çox təhlükə törədirlər. Ona görə də yeyilən hər məhsulun saxlanma və istifadə şəraitinə düzgün əməl edilməlidir. Yayda bolluca meyvə və tərəvəzdən istifadə edilməsi orqanizmin təbii vitamin və mineral elementləri ehtiyatını artırmış olur”x9d.



A.Bəndəliyeva sonda onu da bildirib ki, yayda günəş şüalarından düzgün istifadə etməklə qış aylarında xəstəliklərdən qorunmaq olar: “Yayda şiddətli günəş şüalarının düşdüyü saatlarda (11-16) maksimum şüalardan qorunmaq məsləhətdir. Bu cür güclü ultrabənövşəyi şüalara məruz qalınması dəridə allergik xəstəliklərin, dəri xərçənginin meydana gəlməsinə səbəb olur. Tez-tez tərləmə nəticəsində dəri səthi yağlarla və duzlarla şirkləndiyi üçün mütəmadi yuyunmaq məsləhət görülür. Onu da nəzərə almaq lazımdır ki, yayda  maksimum təmiz havada, səfalı təbiətin qoynunda, şəhərin hay-küyündən uzaqda, dəniz havasında dincəlmək və dənizdə axşam tərəfi, gün batandan sonra çimərək düzgün istirahət rejiminə əməl edilməsi payız və qış aylarında orqanizmin soyuğa və xəstəliklərə qarşı müqavimətini artırmış olur”x9d.


Rumiyyə 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

End of content

No more pages to load

RADİO