Cəmiyyət
Bu gün 12:00
Koreya Xalq Demokratik Respublikası (KXDR) lideri Kim Çen İn Çinin sərhəd şəhəri Danduna gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə bu gün "Yonhap" agentliyinə hökumətdəki mənbə məlumat verib.
Səfər iki ölkəni birləşdirən Yalu çayı üzərindəki yeni açılmış körpü vasitəsilə həyata keçirilib.
Digər təfərrüatlar açıqlanmır.
Xatırladaq ki, bir neçə gün əvvəl Kim Çen İnin Çində xəstəxanada vəfat etdiyi ilə bağlı xəbərlər yayılmışdı.
Bizim.Media