35 yaşlı model Emili Ratakovski "MTV Video Music Awards" mərasiminə sevgilisi, rejissor Romen Qavrasın dəvətilə qatılıb və həqiqətən cəsarətli bir moda nümayişi ilə yadda qalıb.
Bizim.Media xəbər verir ki, tədbir üçün EmRata bədəninin böyük hissəsini açıq qoyan, yan tərəflərində həddindən artıq geniş kəsimləri olan "George Troch" imzalı cəsarətli bir toxunma don seçib.
Model gecəyə aid fotoları "Instagram"da paylaşaraq, mərasimə Romen Qavras, Surkin və Yung Leanin "pərəstişkarı" qismində getdiyini etiraf edib.




Bizim.Media