Xalq artisti Şuşaya gedə bilmədi - FOTO

"Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dünən Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı başladı. Çox sevinirəm və şadam ki, festivalın açılışında mən də səhnə aldım. "Sevgili canan" əsərini səsləndirdim və böyük maraqlan qarşılandı. Əslində atam, xalq artisti Zaur Rzayevlə festivalda iştirak edib, səhnədə duetimizi ifa edəcəkdik. Təəssüflər olsun ki, atam səhhətinə görə gələ bilmədi.

Planlaşdırılan çıxış baş tutmadı. Əlbəttə ki, atamın sağlamlığı mənim üçün hər şeydən vacibdir. Dünən gecə ilə Bakıya yola düşməli oldum. Bilirsiniz ki, atam xəstəlikdən əziyyət çəkir və mən onun yanında olmalıyam. Buna görə heç bir xarici ölkələrdə səfərə də gedə bilmirəm. Ümid edirəm və inanıram ki, atamın səhhəti yaxşılaşacaq".

Bizim.Media xəbər verir ki, bunu “moderator.az”a açıqlamasında Əməkdar artist Azər Zadə (Rzayev) deyib.

O, daha sonra əlavə edib:

"Çıxışım təkcə açılışda idi. Festivalla bağlı təəssüratlarım böyükdür. Şuşa səhnəsində çıxış etmək qürurverici bir hissdir. Sözün əsl mənasında mədəni hadisədir. Şuşada dolu yağdı, əvvəl-əvvəl qorxduq. Dolu yağmağı əslində Şuşanın təbiəti üçün gözlənilən hadisədir. Sadəcə biz öyrəşməmişik və bir az qəribə qarşıladıq. Şükürlər olsun ki, heç kim xəsarət almadı, heç kimə heç nə olmadı. Əsas odur ki, festival günü hava bizi məyus etmədi.

Bilirsiniz ki, bu beynəlxalq tədbirin əsas məqsədi mədəniyyətlərarası əlaqələri gücləndirmək, sənətkarlar arasında yaradıcılıq mübadiləsinə şərait yaratmaq və gənc musiqiçilərin inkişafına dəstək verməkdir. Bir çox türkdilli və xarici ölkələrdən də musiqiçilər iştirak edirdilər. Bir gün də olsa Şuşadakı festivalda iştirak etdim.

Özümə də maraqlıdır ki, digər günlərdə hansı konsertlər olacaq?! Əlbəttə ki, ən böyük arzum yenidən Şuşa səhnəsində atamla birlikdə ifa etməkdir. Bunun üçün atam özünə baxmalıdır və sağlam olmalıdır", - deyə sənətkarın övladı bildirib.

Qeyd edək ki, Z.Rzayev bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. Müğənninin ürəyində problem var idi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir

Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Xocavənd şəhərində daha 55 nəfər dogma yurduna qovuşdu

Xocavənd şəhərində daha 55 nəfər dogma yurduna qovuşdu

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

End of content

No more pages to load

RADİO