Mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülüdən illər sonra yeni xəbər var.
Bizim.Media mərhumun xanımı ilə indiki işini və vəziyyətini öyrənmək üçün əlaqə saxlayıb.
Lakin Gülü mətbuata danışmaq istəmədiyini bildirib:
“Məndən heç kim nigaran qalmasın, heç kim mənlə maraqlanmasın. Çox xahiş edirəm, məni unudun. Mən lap yaxşıyam. Heç kimdən inciməmişəm, məni unudun, adımı media dəftərindən silin”.
Qeyd edək ki, Rəmişin vəfatından sonra Gülü ilə bağlı mətbuatda bir sıra xəbərlər yayılmışdı.
Onun müğənni Niyam Salaminin restoranında çalışması və Rəmişdən qalan evi satması iddiası gündəm olmuşdu.
Bizim.Media