Namiq Mənadan Vüqara CAVAB: “Üzbəüz gələndə əldən-ayaqdan gedirlər, boynuma sarılırlar, amma həyatda əsl aktyordurlar”

Meyxanaçı Vüqar Əbdülov həmkarı Namiq Qaraçuxurlu və Namiq Məna ilə bağlı qalmaqallı açıqlama verib.

Bizim.Media xəbər verir ki, "Rəngarəng" verilişində danışan Vüqar həmkarlarının meyxana üçün heç nə etmədiyini bildirib:

"Meyxana sənətində heç kim heç nə etməyib.

Namiq Qaraçuxurlu istedadlıdır. Amma cəmi bir kaseti olub. Qalanları öz karyerası üçün edib. Adını, brendini düzəltmək üçün özü üçün oxuyub. Namiq Məna da heç nə etməyib. Bu dədiqə Yazçılar Birliyinin üzvüdür (AYB Qubadlı Regional Bölmənin sədri - red.), nə rəqs, nə alət, nə başqa şey yazıb. Mənim 20 dənə meyxanam var, hamısını öz cibimdən etmişəm. Demişəm, sənət üçün qalsın. Meydan yoxdur. Muğam oxuyurlar, amma onu 10 ayda 1 dəfə toyda istəyərlər. Meyxana da eyni”. 

Mövzu ilə bağlı “Medianews.az”a açıqlama verən bədihəçi-şair Namiq Məna həmkarlarının heç bir sözünə əhəmiyyət vermədiyini bildirib:

“Onların fikri mənim üçün önəmli olmadığı üçün bir o qədər də əhəmiyyət vermirəm. Çünki mənim gördüyüm işləri, çəkdiyim zəhməti, əziyyəti kimsə görmürsə, demək ki, görmə qabiliyyətində problem var. Mən Yazıçılar Birliyinin Şərqi Zəngəzur regional bölməsinin rəhbəriyəm. Bu da 6-7 rayonu əhatə edir. Eyni zamanda digər mədəniyyət sahələrində də çalışıram. 

Özüm haqda nəyisə danışmağı xoşlamıram. 

Bilirsiniz ki, bədihəçi-şair kimi Amerikaya qədər gedib çıxmışam. Beynəlxalq Muğam Festivalına bədihə janrında deyə-deyə sazın müşayiəti ilə aparıcılıq etmişəm. “De gəlsin” meyxana yarışmasının qalibi olmuşam. Mənim təşəbbüs və xahişimlə bu layihəni Atv kanalında “Sözüm var” adı ilə yenidən başlatmışıq. Bunlar saydığım, sadaladığım 1-2 nüansdır”.

Namiq Məna bildirib ki, efirlərdə onun haqda rahat danışan həmkarları, onunla həyatda üz-üzə gələndə başqa münasibət göstərirlər:  

“Ən azından gedib aparıcıya şikayət etməzlər. Kiminsə sözü varsa özümə zəng edib desin, mən ona aydınlıq gətirim. Sənət yoldaşlarımın bu cür qısqanclıq və paxıllığına çox təəssüf edirəm. Üzbəüz gələndə adam üçün əldən-ayaqdan gedirlər. Elə mehribanlıq edirlər, boynuma sarılırlar ki, heç onlara deyəcəklərim yadıma düşmür. 

Şeytan xislətli insanlar cəmiyyətdə çoxdur. 

Əsl aktyorlar səhnədə olur, amma görürsən ki, həyatdakı peşəkar aktyorların sayı daha çoxdur. Arxada başqa cür danışırlar. Belə qeyri-ciddi ifadələrə o qədər də əhəmiyyət vermirəm. Mənim haqda ciddi adamlar nəsə desələr əhəmiyyət verərəm. Masazır yolunda “De gəlsin” restoranım fəaliyyətə başlayıb. Buranı sənət ocağı kimi qorumağa çalışırıq. Həm muğam, həm saz ifaları səsləndirilir, bədihə janrının təbliğatına geniş yer verilir. Məqsədimiz milli, folklor janrımızı təbliğ etməkdir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

End of content

No more pages to load

RADİO