Məhkəmə bitmədən sevgili tapdı: Boşanmaq üçün ərinə sərvət verdi - FOTO

Televiziya ekranlarının tanınmış simalarından biri olan amerikalı aparıcı və yaşam tərzi koçu Kristina Haak şəxsi həyatı ilə bağlı xəbərlərlə gündəmdə qalmaqda davam edir.

Bizim.Media “Qaynarinfo.az”a istinadən xəbər verir ki, o, son 6 ildə üç dəfə ailə quraraq hər evliliyini qısa zamanda başa çatdırıb.
 

Haak üçüncü əri Coş Hall ilə boşanma prosesini tezliklə bitirmək üçün ona böyük həcmdə pul və əmlak verib. ABŞ mediasının yazdığına görə, ulduz aparıcı hələ boşanma məhkəməsi başa çatmadan yeni sevgili tapdığı üçün Hall ilə anlaşmaya getməyə məcbur olub.


Razılaşmaya əsasən, Coş Hall Tennessi ştatında bir mənzil, Kaliforniyada mülk, mebel və bir neçə avtomobil - motosiklet, 1970-ci il istehsalı "Chevelle”, 1980-ci illərə aid "DeLorean” və 1940-cı illərin "Dodge” markalı maşınlarını əldə edib. O, həmçinin Haakın şirkətində pay sahibi olacaq, verdiyi 100 min dollarlıq borcu geri tələb etməyəcək və əlavə olaraq keçmiş arvadından birdəfəlik 300 min dollarlıq ödəniş alacaq.
 

Hall alimentdən imtina edib. Anlaşmadan sonra sosial şəbəkədə paylaşım edən Hall deyib: "Nəhayət, qanuni şəkildə boşandım və azadam. Həmişə çox işlədim, mənə aid olanı qorudum və belə də davam edəcəyəm".


O, keçmiş həyat yoldaşını da tənqid edərək "Dərs alındı: daim ictimaiyyətin təsdiqinə ehtiyac duyan və şəxsi dramını diqqət çəkmək üçün istifadə edən biri ilə evlənməyin" ifadəsini işlədib.

Kristina Haak hələ 2024-cü ilin payızında sosial mediada keçmiş ərini pulunu oğurlamaqda ittiham etmiş və 2022-ci ildə onunla gizli şəkildə evlənərkən evlilik müqaviləsi imzalamadığına görə peşmanlığını dilə gətirmişdi.
 

Haak bundan əvvəl 2009–2018-ci illərdə Tarek El Moussa ilə, 2018–2021-ci illərdə isə Ant Anstedd ilə evli olub. Onun ilk evliliyindən 14 yaşlı qızı Teylor El Moussa və 10 yaşlı oğlu Breyden El Moussa, ikinci evliliyindən isə Hudson Anstedd adlı oğlu var.


Ulduz aparıcı sonuncu boşanmasından dərhal sonra iş adamı Kristofer Larokka ilə münasibət qurub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ora Aygün Kazımova ilə getmək istəyir - VİDEO

Ora Aygün Kazımova ilə getmək istəyir - VİDEO

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

“Qızım buna çox diqqət edir” - VİDEO

“Qızım buna çox diqqət edir” - VİDEO

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

46 yaşlı Gökhan nişanlandı - FOTO

46 yaşlı Gökhan nişanlandı - FOTO

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

Kürdəmir sakini naməlum şəraitdə bıçaqlandı

Kürdəmir sakini naməlum şəraitdə bıçaqlandı

End of content

No more pages to load

RADİO