AQEM Media Forumunun açılış mərasimindən FOTOLAR

1 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyi çərçivəsində “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM Media Forumunun açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, forum AQEM-in fəaliyyətində media sahəsinə həsr olunmuş ilk belə tədbir olmaqla, üzv dövlətlər arasında media və kommunikasiya sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsi baxımından mühüm platforma kimi nəzərdə tutulub.

 

Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib.

 

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi, səfir Kayrat Sarıbay çıxışında media vasitəsilə etimadın qurulmasının ölkələr və cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi baxımından əhəmiyyətinə diqqət çəkib. Bildirilib ki, müasir kommunikasiya imkanlarının genişlənməsi informasiya mübadiləsini daha əlçatan etməklə yanaşı, media subyektlərinin məsuliyyətini də artırır və bu şəraitdə peşəkar jurnalistika, dialoq və etimad əsaslı kommunikasiya xüsusi aktuallıq kəsb edir.

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov isə qeyd edib ki, Azərbaycan Respublikası AQEM-ə sədrliyi çərçivəsində Müşavirənin institusional inkişafı, beynəlxalq təşkilata transformasiyası və sahəvi əməkdaşlığın genişləndirilməsi istiqamətlərində, habelə AQEM məkanında etimadın artırılmasına və əməkdaşlığın möhkəmləndirilməsinə yüksək töhfə vermişdir.

 

O bildirib ki, hazırkı dövrdə dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, münaqişələrin beynəlxalq hüquq əsasında sülh yolu ilə nizamlanmasına və dünyanın müxtəlif regionlarında davam edən qanlı müharibələrə son qoyulmasına yönəlmiş qarşılıqlı birgə fəaliyyət fövqəlbəşər əhəmiyyətli məqsədlərə xidmət edir.

 

Dünya nizamının və beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına yönəlmiş ekzistensional təhlükə və təhdidlərin, eləcə də təcavüzkar çağırışların qarşısının alınması ilə bağlı təxirəsalınmaz səylərin və tədbirlərin görülməsi üçün Birləşmiş Millətlər Təşkilatının mərkəzi roluna əsaslanan birgə addımların atılmasınının mühümlüyü vurğulanıb, bu baxımdan, beynəlxalq hüququn ədalətli dünya nizamının qurulması və inkişafı üçün yeganə etibarlı təminat olaraq qaldığı qeyd edilib.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədə zavodda güclü partlayış: Xəsarət alanlar var

Türkiyədə zavodda güclü partlayış: Xəsarət alanlar var

Sabah saat 09:00-dan su kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 09:00-dan su kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Gəncədə 5 şagird məktəbin bufetindən aldıqları şirniyyatdan zəhərlənib

Gəncədə 5 şagird məktəbin bufetindən aldıqları şirniyyatdan zəhərlənib

“44” bədii filmi oktyabrın 15-dən ölkənin bütün kinoteatrlarında – VİDEO

“44” bədii filmi oktyabrın 15-dən ölkənin bütün kinoteatrlarında – VİDEO

Gəncə məktəbində zəhərlənən şagirdlərlə bağlı RƏSMİ AÇIQLAMA

Gəncə məktəbində zəhərlənən şagirdlərlə bağlı RƏSMİ AÇIQLAMA

Sabahın HAVASI: Yağış, şimşək, leysan....

Sabahın HAVASI: Yağış, şimşək, leysan....

SON DƏQİQƏ! Gəncədə 5 şagird ZƏHƏRLƏNDİ - VİDEO

SON DƏQİQƏ! Gəncədə 5 şagird ZƏHƏRLƏNDİ - VİDEO

TDT-yə üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin 2-ci iclası keçirildi – FOTO

TDT-yə üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin 2-ci iclası keçirildi – FOTO

Oktyabrda 9 gün iş olmayacaq - Tarixlər

Oktyabrda 9 gün iş olmayacaq - Tarixlər

“Sovetski”də meyit aşkarlandı

“Sovetski”də meyit aşkarlandı

Türkiyənin müdafiə naziri ŞUŞADA - FOTO

Türkiyənin müdafiə naziri ŞUŞADA - FOTO

AQEM Media Forumunun açılış mərasimindən FOTOLAR

AQEM Media Forumunun açılış mərasimindən FOTOLAR

Bir vaxtlar xaricdən alırdıq, indi 20 ölkəyə ixrac edirik - VİDEO

Bir vaxtlar xaricdən alırdıq, indi 20 ölkəyə ixrac edirik - VİDEO

Nil Özalp saxlanıldı

Nil Özalp saxlanıldı

Bağçada işləmək istəyənlərə şad xəbər

Bağçada işləmək istəyənlərə şad xəbər

“Euronews” Bakı Təhlükəsizlik Forumundan eksklüziv kadrlar yayımladı – FOTO - VİDEO

“Euronews” Bakı Təhlükəsizlik Forumundan eksklüziv kadrlar yayımladı – FOTO - VİDEO

Vahid Ələkbərovun oğlunun bahalı "Bugatti”si Rusiyada müzakirə yaratdı - FOTO

Vahid Ələkbərovun oğlunun bahalı "Bugatti”si Rusiyada müzakirə yaratdı - FOTO

Rusiya ordusunun general-mayoru Sergey Nikituşkin həbs edildi

Rusiya ordusunun general-mayoru Sergey Nikituşkin həbs edildi

Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür

Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür

Ronaldo Portuqaliya millisindən ayrıldı - Baş məşqçi ilə yola getməyib?

Ronaldo Portuqaliya millisindən ayrıldı - Baş məşqçi ilə yola getməyib?

Ağstafadakı məktəbdə müəllimlərin davası ilə bağlı ARAŞDIRMA APARILIR – RƏSMİ

Ağstafadakı məktəbdə müəllimlərin davası ilə bağlı ARAŞDIRMA APARILIR – RƏSMİ

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi VƏFAT ETDİ

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi VƏFAT ETDİ

Hərbi texnikanı modernləşdirən şirkət bir nazirlikdən digərinə verildi

Hərbi texnikanı modernləşdirən şirkət bir nazirlikdən digərinə verildi

Təhsildə süni intellektin tətbiqi ilə bağlı YENİ TƏŞƏBBÜS – Şagirdləri nə gözləyir?

Təhsildə süni intellektin tətbiqi ilə bağlı YENİ TƏŞƏBBÜS – Şagirdləri nə gözləyir?

End of content

No more pages to load

RADİO