Xəbər verildiyi kimi bu gün Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı 4-cü sinif şagirdlərindən bir neçəsi özünü pis hiss edib. Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Gəncədə zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılan məktəblilərin kimliyi bəlli olub.
İlkin məlumata görə S. Abbasova (2017), R. Tağıyeva (2017), R. Kazımova (2017), D. Əliyeva (2017), N. Quliyeva (2017) şirniyyatdan zəhərləniblər.
Şirniyyat isə təhsil ocağının bufetindən alınıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu